Sizin reklam burada
Sizin reklam burada

"Cəhdlər daxildə dərin tarixi parçalanmalara səbəb olacaq"

"Cəhdlər daxildə dərin tarixi parçalanmalara səbəb olacaq"
Ukraynanın Şimali Atlantika Alyansına daxil olması Kiyevin özü üçün mənfi nəticələrə səbəb olacaq.
Bu fikri ABŞ və Rusiya arasında Konsensus üzrə Amerika Komitəsinin vitse-prezidenti Katrina vanden Hoyvel deyib.
"Qərb başa düşməlidir ki, Kiyevi NATO-ya qəbul etmək cəhdləri Ukrayna daxilində dərin tarixi parçalanmalara səbəb olacaq və Rusiyanın narahatlığını artıracaq", - deyə o bildirib.
Amerikalı ekspert Ağ Evi Rusiyaya qarşı sanksiya çağırışlarına və Moskvaya münasibətdə qarşıdurma mövqeyinin güclənməsinə qarşı xəbərdar edib.
“Bu, son dərəcə təhlükəlidir və Birləşmiş Ştatların maraqlarına uyğun deyil”, - o vurğulayıb.
Onun fikrincə, yalnız ağlabatan dialoq və siyasi nizamlanma Ukraynanı uzunmüddətli sabitlik və sülh yoluna qaytarmağa kömək edəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş