Sizin reklam burada
Sizin reklam burada

"Putinin riskləri artırmasının səbəbi NATO-nun artıq orada olmasıdır”

"Putinin riskləri artırmasının səbəbi NATO-nun artıq orada olmasıdır”
Rusiya Prezidenti Vladimir Putinin SSRİ-ni bərpa etmək istəməsi ilə bağlı verdiyi təklifləri doğru deyil.
Bunu Fransanın Moskvadakı keçmiş səfiri Jan de Qlinyasti deyib.
O hesab edir ki, Rusiya liderinin çoxqütblü dünyada əsas məqsədi digər oyunçularla bərabərhüquqlu oynamaq və “düyməyə basmağa qadir” güclərdən birinə çevrilməkdir: “Rusiya çoxqütblü oyunu oynamaq və digər oyunçularla bərabər şərtlərdə danışmaq üçün lazım olan gücə malik olduğuna inanır”.
Sabiq səfir həmçinin qeyd edib ki, Moskvanın Ukrayna ilə bağlı siyasəti çoxdan - SSRİ-nin dağılmasından dərhal sonra müəyyən edilib. Onun sözlərinə görə, Rusiya keçmiş SSRİ respublikalarının NATO-ya daxil olmasını istəmir.
“Ukraynanın NATO-ya daxil olmasından söhbət gedə bilməyən bir vaxtda Putinin riskləri artırmasının səbəbi NATO-nun artıq orada olmasıdır”, - Qlinyasti bildirib.
Keçmiş diplomat həmçinin qeyd edib ki, Çinlə əlaqələrin inkişafı Putinin prioritetləri sırasında deyil:
“Rusiya Ukrayna problemini həll edə bilməsə, özünü Çinin qucağına atmağa ehtiyac qalmayacaq. İki ölkə arasında ittifaq yoxdur, amma getdikcə yaxınlaşan əməkdaşlıq var, çünki Rusiya özünü Qərb tərəfindən təcrid olunmuş hiss edir”.
Qlinyasti deyib ki, Putin balans axtarır və onun prioriteti NATO-nun irəliləyişini dayandırmaqdır: “Bundan sonra Rusiya lideri ölkənin iqtisadi inkişafı ilə məşğul ola biləcək”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş