Sizin reklam burada
Sizin reklam burada

"Siqnal və risk yoxdur"

"Siqnal və risk yoxdur"
Nümayəndəmizin bizə verdiyi məlumatlara əsasən, ümumilikdə ilk görüşlə bağlı müsbət təəssürat yaranıb, bu o demək deyil ki, heç bir siqnal və risk yoxdur.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada "3+3" formatında keçirilən iclas barədə danışarkən deyib.
Onun sözlərinə görə, ümumilikdə format hökumətin proqramında göstərilən regional dialoqlarda iştirak etmək istəyinə uyğundur:
“Biz Azərbaycanla danışıqlar aparırıq, Türkiyə ilə danışıqlar aparacağıq, İranla daimi dialoqumuz var, Rusiya bizim strateji tərəfdaşımızdır. Əgər biz onlarla ayrı-ayrılıqda danışsaq, bu mühitdə dialoq aparmaq istəməmək məntiqsizlik olardı”, - Paşinyan bildirib.
O əlavə edib ki, İrəvan Ermənistanın maraqlarına zidd olan proseslərdə iştirak etməyəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş