Sizin reklam burada
Sizin reklam burada

"İndiki kimi sağlam olsam..."

"İndiki kimi sağlam olsam..."
Ağ Evin hazırkı rəhbəri Cozef Bayden 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində respublikaçı Donald Trampla mübarizə aparmağa hazır olduğunu açıqlayıb.
Hazırkı ABŞ prezidenti bunu "ABC" telakanalına müsahibəsində deyib.
"İndiki kimi sağlam olsam, yenə prezident seçkilərində iştirak edəcəyəm", - deyə C.Bayden bildirib.
Aparıcının ABŞ-ın 45-ci prezidenti Donald Tramp ilə mümkün seçkiqabağı yarış ilə bağlı sualına Cozef Bayden müsbət cavab verib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci ilin 3 noyabr tarixində keçirilib. Demokrat Cozef Bayden seçkilərdə qələbə qazanıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş