Sizin reklam burada
Sizin reklam burada

ATƏT-in heç bir iştirakçısı başqalarının təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcək"

ATƏT-in heç bir iştirakçısı başqalarının təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcək"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO Baş katibi Yens Stoltenberqin öz vəzifələrini yerinə yetirə bilmədiyini bildirib.
Lavrov Stoltenberqin vəzifəsindən getməsinin vaxtı çatdığını qeyd edib.
"Avropa, Avro-Atlantik təhlükəsizliyinin əsasını siyasi öhdəliklər kimi ən yüksək səviyyədə razılaşdırılmış və imzalanmış bir sıra prinsiplər təşkil edir. Avro-Atlantik məkanın heç bir dövləti, ATƏT-in heç bir iştirakçısı başqalarının təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcək", - deyə Rusiya XİN başçısı vurğulayıb.
S. Lavrovun sözlərinə görə, əgər Stoltenberq NATO üzvlərinin ən yüksək səviyyədə qəbul edilmiş sənədlərdə əksini tapmış bu prinsipi saymamaq hüququna malik olduğuna inanırsa, yəqin ki, onun başqa işə getməsinin vaxtı çatıb, çünki o, vəzifələrinin öhdəsindən gələ bilmir.
Qeyd edək ki, Stoltenberq Brüsseldə Rumıniyanın Baş naziri Nikolay Çuke ilə birgə mətbuat konfransında Ukraynanın NATO-ya daxil olmaq qərarının Rusiya ilə kompromis və danışıqlar mövzusu olmadığını bəyan edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş