
Böyük Britaniyanın Meteoroloji xidməti mütəxəssislərinin proqnozuna görə, planetin orta hərarəti industrial dövrdən əvvəlki ( 18-ci əsrin ortalarınadək olan dövr) göstəricilərindən Selsi şkalası üzrə təxminən 1, 09 vahid yüksək olacaq. Hərçənd orta hərarət 2015-ci ildən başlayaraq, bəzi illərdəkinə nisbətən aşağl olacaq, bu, artıq ikinci dəfə olacaq ki, göstəricilər adıçəkilən dövrün göstəricilərindən 2 dərəcə yüksək olacaq.
Bu barədə "Forbs" jurnalı məlumat verib.
Proqnozların nəticələri göstərir ki, istixana qazları planetin hərarətini getdikcə daha sürətlə yüksəldir",-bunu Meteoroloji xidmətin eksperti Adam Skeyf bəyan edib.
Alim-iqlimşünaslar iddia edir ki, istixana qazlarının tullantılarını kəskin surətdə azaltmadan dünyanın orta hərarəti yüksəlməkdə davam edəcək.
Qlobal istiləşmə dayandırılmasa, iqlimin "qaynar dalğaları"na və ölüm hallarının sayının çoxalmasına gətirib çıxaracaq.
Dünyanın orta hərarətinin yüksəlməsi həmçinin kənd təsərrüfatına böyük ziyan vuracaq.
BMT-nin məlumatına görə, yaxın onilliklərdə iqlim dəyişiklikləri səbəbindən kənd təsərrüfatı məhsullarının məhsuldarlığı təxminən 30 faiz azala bilər, hərçənd ərzaq məhsullarına tələbat 50 faiz artacaq.
NASA alimlərinin yeni tədqiqatında deyilir ki, iqlim dəyişikliyi qarğıdalı və buğdanın yetişdirilməsinə müxtəlif cür təsir edəcək.
Alimlər proqnoz verir ki, 2030-cu ildə istixana qazlarının tullantılarının yüksək səviyyəsinə görə qarğıdalının məhsuldarlığı 24 faiz azalacaq, buğdanın məhsuldarlığı isə 17 faiz artacaq.
"Hətta qlobal hərarəti məhdudlaşdırmaq mümkün olsa da, yenə də dünya kənd təsərrüfatı yeni iqlim reallığı ilə üzəşəcək,-NASA təqdiqatçıları belə deyir.
Nəzərə alsaq ki, dünyanın kənd təsərrüfatı qarşılıqlı surətdə əlaqəlidır, bir regionda baş verən dəyişikliklər bütün başqa regionlara da təsir edəcək".
Lakin dünyanın orta hərarətinin yüksəlməsindən təkcə kənd təsərrüfatı ziyan çəkməyəcək. İqlim dəyişikliyi insan sağlamlığına da güclü təsir edəcək.
"Daha yüksək hərarət insanların sağlamlığına birbaşa təsir edir, insult və miokard infarktından ölüm halları çoxalacaq",-bunu baş cərrah Bill Frist deyir.
2022-ci ildə hərarət 1850-1900-cü illərə nisbətən 1, 09 dərəcə artsa da, gözlənilir ki, bu il 2021 və 2020-ci illərə nisbətən daha soyuq olacaq.
"Bu, əsasən, müvəqqəti soyuducu effekti verən La-Ninya təbii fenomenlə bağlı olacaq",-Skeyf belə deyir.
"La-Ninya",- ispanca "qız" deməkdir,-elə təbii fenomendir ki, Sakit Okeanın tropik zonasında, Peru və Ekvador yaxınlığında su adi haldakından soyuq olur. El-Ninyo fenomenində isə,-"oğlan" deməkdir,- əksinə, həmin diyarlarda su daha isti olur.
İqlimşünaslar proqnoz verirlər ki, La-Ninya anomal hadisələrin miqdarnı bir qədər azaldacaq. Lakin təbii kataklizmlər sarıdan bizi daha sakit ilin gözləməsini təəssüf ki, demək olmaz", bunu Rusiyanın Hidrometeoroloji mərkəzinin rəhbəri Roman Vilfand 2022-ci il üçün hava pronozunu şərh edərkən deyib.
İqlimşünasın sözlərinə görə, qlobal orta hərarətin 2 dərəcə artması bütün dünyada hərarətin xeyli dəyişilməsi səbəbindən hiss edilmir.
"Bəzi yerlərdə, məsələn, Arktikada, hava əvvəlki dövrlərə nisbətən bir neçə dərəcə istiləşib,-Smit belə deyir. -Məsələn, 2020-ci ilin yayında Ümumdünya meteoroloji təşkilat Sibirin Verxoyansk şəhərində + 37 dərəcə qeydə alıb ki, bu da arktik regoionu üçün rekord göstəricidir".
Xatırladaq ki, bu yaxınlarda Qlazqo şəhərində keçirilən iqlim sammitində dünya liderləri qlobal hərarətin maksimal artımının 1, 5 səviyyəsində saxlamaq üçün səylərini birləşdirmək haqqında razılığa gəlib.
Conflict.az