Sizin reklam burada
Sizin reklam burada

52,4 milyard dollar məbləğində təzminatın ödənilməsi başa çatdı

 52,4 milyard dollar məbləğində təzminatın ödənilməsi başa çatdı
İraq hökuməti 1990-1991-ci illərdə Küveytə hərbi müdaxiləyə görə bu ölkəyə ödədiyi təzminatı tam köçürərək başa çatdırıb.

Bu barədə məlumat İraq Mərkəzi Bankının saytında dərc edilib.

“Küveyt Dövlətinə 44 milyon dollar məbləğində son təzminat ödənişi həyata keçirilib. Beləliklə, İraq hökumət tərəfindən nəzərdə tutulan 52,4 milyard dollar məbləğində təzminatın ödənilməsini başa çatdırıb. İraq BMT Təhlükəsizlik Şurasının 687 saylı qətnaməsi əsasında çıxardığı Kompensasiya Komissiyasının qərarını tam icra edib”, - İraq Mərkəzi Bankının açıqlamasında qeyd olunur.

Qeyd edək ki, iki ölkə arasındakı razılaşmalara əsasən, İraq hər il neft və qaz ixracından əldə etdiyi mənfəətin 5%-ni BMT-nin xüsusi fonduna köçürürdü, oradan isə bu vəsait Küveytə dövlətinə təqdim edilirdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş