Sizin reklam burada
Sizin reklam burada

"Ərdoğanla yenidən görüşmək istərdim"

"Ərdoğanla yenidən görüşmək istərdim"
Türkiyə ilə əməkdaşlığımızı səbirsizliklə gözləyirəm. Prezident Rəcəb Tayyib Ərdoğanla yenidən görüşmək istərdim.
Bu sözləri “Tesla” və “SpeysX”şirkətlərinin qurucusu, iş adamı İlon Mask deyib.
"Türkiyə ilə birlikdə dünyada ilk olacaq bir çox layihələr həyata keçirəcəyik. Türkiyəyə səfərimi səbirsizliklə gözləyirəm", - deyə Mask bildirib.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Tesla” və “SpeysX”şirkətlərinin qurucusu, iş adamı İlon Maskla videoformatda görüş keçirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş