Sizin reklam burada
Sizin reklam burada

"Avropa Birliyinə təkliflər verəcəyik"

"Avropa Birliyinə təkliflər verəcəyik"
Sərhəddə vəziyyət normallaşmazsa, Belarusa yeni sanksiyalarla bağlı Polşa Avropa Birliyinə təkliflər verəcək.
Bu sözləri Polşa Baş naziri Mateuş Moravetski Vişeqrad qrupuna daxil olan ölkələrin başçıları ilə görüşündən sonra deyib.

“Bilirik ki, Belarus iqtisadi sanksiya, blokadadan ehtiyat edir. Hazırda gərginlik yoxdur, tunelin sonunda işıq görürük. Lakin Minsk və Moskva sərhəddə vəziyyəti gərginləşdirməyə davam etsə, biz Avropa komissiyasına yeni həll yolları təklif etməkdən çəkinməyəcəyik”, - deyə baş nazir bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş