Sizin reklam burada
Sizin reklam burada

“Belə bir qatil rejim mükafatlandırılmamalıdır"

“Belə bir qatil rejim mükafatlandırılmamalıdır"
İsrailin baş naziri Naftali Bennet bu gün Vyanada İranla Qərb ölkələri arasında nüvə sazişinin bərpası üzrə danışıqların yeddinci raundunun başlamasına münasibət bildirib.

“İran bu gün Vyana danışıqlarına yalnız bir məqsədlə gələcək: Sanksiyaların demək olar ki, heç bir şey qarşılığında aradan qaldırılması. Əgər bu baş verərsə, İran nəinki nüvə proqramını davam etdirəcək, həm də onun əvəzində mükafat da alacaq”, -deyə hökumət başçısı bildirib.

Bennet bəyan edib ki, İran heç vaxt İsraili məhv etmək niyyətindən əl çəkməyib.

“Belə bir qatil rejim mükafatlandırılmamalıdır. İran sanksiyaların ləğvinə layiq deyil. Dünyadakı müttəfiqlərimizə səslənirəm: İranın nüvə şantajına təslim olmayın”, -deyə Bennet qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş