Sizin reklam burada
Sizin reklam burada

"Bu region ölkələri üçün təhlükədir”

"Bu region ölkələri üçün təhlükədir”
“İranın pilotsuz uçuş aparatları ilə hücumu təkcə Yaxın Şərq regionu və beynəlxalq qüvvələr üçün deyil, həm də Avropa və Afrika ölkələri üçün təhlükə yaradır”.
Bu sözləri çərşənbə axşamı İsrailin Herzliya şəhərində keçirilən təhlükəsizlik konfransında ölkənin müdafiə naziri Beni Qantz deyib.
O qeyd edib ki, İran regiondan kənarda fəaliyyət göstərir.
“Tehranın əsas vasitələrindən biri pilotsuz uçuş aparatları - minlərlə kilometr məsafədə strateji hədəflərə çata bilən dəqiq silahlar. Bu potensial artıq region ölkələri, Yaxın Şərqdəki beynəlxalq qüvvələr, eləcə də Avropa və Afrika ölkələri üçün təhlükədir”, - deyə Qantz bildirib.
Müdafiə naziri İranın cənubundakı Çabahar bölgəsində və Qeşm adasındakı dəniz hədəflərinə və mağazalara hücum etmək üçün istifadə edilən iki əsas dron bazası olduğunu vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ