
Görünür, Nikol Əliyevin növbəti arzusunu yerinə yetirir.
Moderator.az xəbər verir ki, bu barədə noyabrın 22-də Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan öz Facebook səhifəsində yazıb.
“Kapitulator Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı ikinci saxta ittiham irəli sürməklə, ictimaiyyətin diqqətini Ermənistanın bir sıra digər ərazilərinin türklərə verilməsi ilə bağlı növbəti qərarından yayındırır.
Keçmiş hakimiyyət nümayəndələrinə qarşı saxta cinayət işlərinin “paradı” cəmiyyətin birliyini pozdu, ordunu ruhdan saldı. Nəticədə Nikol Qarabağı təslim etdi, Ermənistanın müdafiə sistemini darmadağın etdi, Sünik sərhədlərini düşmənə verdi”, - Zakaryan səhifəsində yazıb.
Conflict.az