Sizin reklam burada
Sizin reklam burada

"Azad" və "korifey" sənətçilər nazirin eyhamına "hə" deyib, təzədən bu qurumun gününü qara elədilər”

"Azad" və "korifey" sənətçilər nazirin eyhamına "hə" deyib, təzədən bu qurumun gününü qara elədilər”
(əvvəli ötən sayımızda)
- İntiqam müəllim, axı TXİ-nın qurultayında siz də iştirak etmisiniz və indiki TXİ rəhbərliyinin seçilməsində iştirak etmisiniz.
- Əvvəla qurultay sözünü təhqir etməyin. İkinci də mən qələt eləyərəm, bayaq dediyim rıçaqları işə salmaqla o zamankı Mədəniyyət naziri Əbülfəs Qarayevin qurultayda iştirakını və çıxışını təşkil etmişdilər. Axı bu ictimai təşkilatdır, orda Mədəniyyət naziri və başqa rəsmi şəxslər yalnız qonaq qismində iştirak edə bilərlər. Amma cənab nazir çıxışında aşkar olaraq işarə vurdu ki, filan adam seçilməlidir. Ondan sonra orada olan "azad" və "korifey" sənətçilər hamısı yekdilliklə cənab nazirin incə eyhamına "hə" deyib, onun seçimini dəstəkləməklə təzədən bu qurumun gününü qara elədilər.
- Qayıdaq festivala. İndi sizin təklifiniz nədir? Mən bildiyim qədər sizə verilən mükafatları geri qaytarmısınız.
- Bəli, saxta diplomu da, 400 manat məbləğində olan rəmzi qəbzi də. Rəsmi aktla və rəsmi məktubla. Təklif deyəndə mən artıq o qurumda bir iki nəfəri çıxmaqla heç kəsə inamım qalmayıb. Birinci yeri (rəsmi olaraq ikinci – İ.S.) tutan tamaşa ilə açıq şəkildə yarışa çıxmağı tələb edirəm. Əgər Teatr Xadimləri İttifaqı öz təmiz əməlinə arxayındırsa, əgər münsiflər heyəti öz ədalətli qərarlarına arxayındırlarsa nədən çəkinirlər?! Hər iki tamaşa tamaşaçıların qarşısına çıxarılsın. Və qərarı tamaşaçı versin. Əgər Teatr Xadimləri İttifaqı və münsiflər heyəti tamaşaçı zövqünə, ağlına, zəkasına şübhə edirlərsə o zaman onlara bir xatırlatma edim: Müzəffər xalqın Müzəffər Ali Baş Komandanını, Prezidentini bu xalq seçib. Əlavə şərhə ehtiyac varsa davam edim? Ona görə də əvvəlcədən dedim ki, bu VİCDAN məsələsidir.
- Əgər razılaşmasalar.
- O zaman özləri öz ədalıtsizliklərini sübut etmiş olacaqlar. Ədalətsiz, çirkin əməl sahiblərininsə ən böyük məktəb olan Teatr qurumunu təmsil etməyə (zəbt etməyə - İ.S.) mənəvi haqqları çatmır. Bu qurum təzələnməlidir! Bir də narahat olmayın, bunların o qədər "xala xətrin qalmasın", "quş" qoymaq xatirinə görülən işləri var ki, atacağım addımların sayına və rəngarəngliyinə şübhəniz olmasın. Bu və bu cür müsahibələrdən sonra cahil hücumuna məruz qalsam belə.

Ardı var.

Conflict.az

  • Sosial şəbəkədə paylaş