Sizin reklam burada
Sizin reklam burada

"Regionda sülh və sabitliyi qorumaq niyyətindəyik”

"Regionda sülh və sabitliyi qorumaq niyyətindəyik”
Amerika Birləşmiş Ştatları Tayvanla bağlı mənfi hadisələrin qarşısını almaq üçün təmkin və diplomatiya ilə işləməyə davam etməyi planlaşdırır.
Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Biz təmkin və diplomatiyanın birləşməsi yolu ilə Tayvan ətrafında baş verən hadisələrin mənfi ssenarisindən qaçmağa çalışmaq niyyətindəyik", - o bildirib.
Sallivanın sözlərinə görə, Birləşmiş Ştatlar regionun təhlükəsizliyinə cavabdehdir, uzun illər Tayvana yardım edir və Prezident Co Baydenin administrasiyası dövründə də bu yardımı davam etdirir:
“Birləşmiş Ştatlar hesab edir ki, Tayvanda mövcud status-kvo məsələsi Çin, Tayvan və ABŞ-ı, eləcə də regionda sabitlik və təhlükəsizlik məsələsini maraqlandırır".
Prezidentin köməkçisi əlavə edib ki, Vaşinqton adada status-kvonun birtərəfli qaydada dəyişdirilməsi cəhdlərinə qarşı çıxacaq:
"Biz Çinin Tayvanla münasibətlərinin təhlükəsizliyi və sabitliyi sarsıdan hərəkətlərindən narahat idik, lakin biz status-kvo da daxil olmaqla, regionda sülh və sabitliyi qorumaq niyyətindəyik”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş