
Gürcüstanın müxalif Vahid Milli Hərəkat partiyası Batumi və Zuqdididən sonra Kutaisidə tərəfdarlarını bir araya toplayıb.
Şəhərin mərkəzinə toplaşan aktivistlər əllərində “Mişaya azadlıq” şüarı ilə plakatlar tutublar.
Mitinqdə çıxış edən müxaliflərin əsas mövzusu eks-prezident Mixail Saakaşvilinin təcili azad edilməsi ilə bağlı olub.
Partiya sədri Nika Meliya mitinqdə çıxışında bildirib ki, hakimiyyət Saakaşvilinin ölümünü istəyir.
O bildirib ki, müxalifət qələbəyə qədər mübarizə aparacaq və Tiflisdə qeyri-məhdud aksiyalara nail olacaq.
Conflict.az
