Sizin reklam burada
Sizin reklam burada

“Çiyinlərim genişdir, bununla məşğul ola bilərəm"

“Çiyinlərim genişdir, bununla məşğul ola bilərəm"
Fransa Prezidenti Emmanuel Makronun Avstraliya və ölkəsi arasındakı sualtı gəmilərlə bağlı müqavilənin ləğvi ilə bağlı açıqlamalarına reaksiya verən Avstraliya Baş naziri Skott Morrison onun təhqiramiz fikirlərinə qəbul etməyəcəyini bildirib.
Baş nazir Fransanın bundan küsdüyünü bildirərək, şəxsinə ünvanlanmış tənqidləri qəbul etdiyini, amma ölkəsinə yönəlmiş təhqir və alçaltmalarına dözməyəcəyini deyib.
“Çiyinlərim genişdir, bununla məşğul ola bilərəm. Amma Avstraliyanın alçaldılmasına icazə verməyəcəyəm. Avstraliyanı böhtanlarla qaralanmasına imkan verməyəcəyəm”, - Morrison söyləyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş