Sizin reklam burada
Sizin reklam burada

"30 min sakinin yardımla bağlı müraciətləri təsdiqlənib"

"30 min sakinin yardımla bağlı müraciətləri təsdiqlənib"
Birləşmiş Ştatlar iqlim dəyişikliyindən bu il ərzində dəyən zərəri 100 milyard dollar civarında dəyərləndirir.
Bu barədə ABŞ Prezidenti Co Bayden Nyu Cersidə çıxışı zamanı deyib.

“Yalnız bu il qlobal istiləşmə bizə 1 trilyon dollardan çox zərər verib. Üzr istəyirəm, 100 milyard...”, - deyə Ağ Ev rəhbəri bildirib.

Dövlət başçısı sentyabr ayında Nyu Cersi ştatında baş verən “İda” qasırğasının fəsadlarını da iqlim dəyişikliyi ilə əlaqələndirib:

“Federal hökumət 30 min ştat sakininin yardımla bağlı müraciətlərini təsdiqləyib və bu çərçivədə 150 milyon dollar ayrılıb. 2010-2020-ci illər ərzində bu ştatda 24 fövqəladə hava şəraiti yaşanıb”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş