Sizin reklam burada
Sizin reklam burada

"Geriyə dönüb müsəlman kimliyimizə baxmalı deyildikmi?"

"Geriyə dönüb müsəlman kimliyimizə baxmalı deyildikmi?"
İdlibi gördünüz. Nə edə bilərdik? Valideynlərini itirmiş yetimləri orada tək qoymalıyıq? O zaman geriyə dönüb müsəlman kimliyimizə baxmalı deyildikmi?
Bu sözləri Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

"O zaman qonşusu ac ikən özü tox yatanla bağlı deyilən sözləri dəyərləndirməyimiz lazım deyilmi? O uşaqların gülüşlərinin yarısını indi Fələstində buraxmalıyıqmı? Biz bunu yarımçıq qoymalıyıq ki, Amerika istəmir, Qərb istəmir? Biz onlara sahib çıxmamalıyıq? Çobanbəydən Ras əl-Eynə, Tel Abyada qədər o bölgələrdə sülhü təmin edə bilməsək də, Məhməd Akifin təbirincə desək, onları “tək dişli canavar”a təslim etməliyikmi? Tarix nə yazacaq, bilmirəm, amma bu gün deyirəm: Türkiyə 21-ci əsrin əvvəllərindən etibarən böyük işlər görür”, - deyə Soylu bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ