
Gürcüstan Xarici İşlər Nazirliyi xarici işlər naziri David Zalkalianinin Tiflisin hansısa formada “3+3” formatında iştirakı edəcəyi ilə bağlı bəyanatını təkzib edib.
Nazirlik Zalkalianinin sözlərinin mətbuat tərəfindən doğru anlaşılmadığını bildirib:
“Təəssüf ki, sosial şəbəkələrdə xarici işlər nazirinin İctimai Televiziyaya müsahibəsi yanlış interpretasiya edilir. Xarici siyasət idarəsi dəfələrlə bəyan edib ki, Rusiya ilə “3+3” formatında iştirak nəzərdən keçirilmir. Buna baxmayaraq, bilərəkdən guya nazirin Gürcüstanın nəzərdə tutulan formatda iştirakı ilə bağlı informasiya yayılır”, – deyə o bildirib.
Conflict.az