Sizin reklam burada
Sizin reklam burada

"Terrorçular hücum təşkil etmək imkanlarını bərpa edə bilərlər"

"Terrorçular hücum təşkil etmək imkanlarını bərpa edə bilərlər"
Radikal “Taliban” hərəkatı “Əl-Qaidə” terror şəbəkəsi ilə əlaqələrini kəsməyib və hələ də terror təşkilatı olaraq qalmaqdadır. Rusiyanın “İzvestiya” qəzeti bildirir ki, bu barədə sentyabrın 28-də ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli məlumat verib.
""Taliban" terror təşkilatı olub, elə də qalmaqdadır və hələ də “Əl-Qaidə” ilə əlaqələrini kəsməyib. Kimin kim olduğuyla bağlı heç bir xəyal edə bilmirəm. “Taliban”ın hakimiyyətini möhkəmləndirə biləcəyini və ya növbəti vətəndaş müharibəsi nəticəsində ölkənin parçalanıb ayrılacağını hələ aydınlaşdırmaq lazımdır”, - deyə general Mark Milli ABŞ Müdafiə Nazirlyinin yayımladığı senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələrində söyləyib.
General həmçinin qeyd edib ki, terrorçular Əfqanıstan ərazisindən hücum təşkil etmək imkanlarını bərpa edə bilərlər.
Bu arada sentyabrın 24-də ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, “Taliban” tərəfindən yaradılan yeni Əfqanıstan hökumətinin legitimliyinin tanınması BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunan öhdəliklərin yerinə yetirilməsindən asılıdır. Sentyabrın 23-də Avropa diplomatiyasının rəhbəri Jozep Borrell Aİ-nin hazırda Kabildə birgə nümayəndəlik açması üzərində çalışdığını söyləmişdi.
Yeri gəlmişkən, sentyabrın 22-də ABŞ prezidenti Co Bayden və İngiltərənin baş naziri Boris Conson “Taliban”ın Əfqanıstan hökuməti olaraq beynəlxalq səviyyədə tanınmasının əlaqələndirilməsi barədə razılaşdılar. Beləliklə, onlar diplomatik yanaşmanın ölkədə humanitar böhranın qarşısını almağın ən təsirli yol olduğu qənaətinə gəldilər.
Xatırladaq ki, daha əvvəl taliblərin Dohadakı siyasi ofisinin nümayəndəsi Suheyl Şahin hərəkatın Nazirlər Kabinetinin son formalaşmasının bir neçə gün və ya ay çəkəcəyini bildirmişdi. O, həmçinin Nazirlər Kabinetinin tərkibində dəyişikliklərin mümkün olduğunu və müvəqqəti hökumət nazirlərinin səlahiyyətlərini icra etdiyini söyləmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ