Sizin reklam burada
Sizin reklam burada

"Universitetlər intellektual mülkiyyət olduğundan siyasi liderlərin şərəfinə adlandırıla bilməz"

"Universitetlər intellektual mülkiyyət olduğundan siyasi liderlərin şərəfinə adlandırıla bilməz"
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban paytaxt Kabildə yerləşən Bürhanəddin Rəbbani adına Pedoqoji Universitetin adını dəyişməyə qərar verib.
Bu barədə “Khama Press” məlumat yayıb.
Talibanın yaydığı açıqlamada isə bildirilir ki, universitetlər ölkənin intellektual mülkiyyəti olduğundan siyasi, yaxud etnik liderlərin şərəfinə adlandırıla bilməz.
Qeyd edək ki, B.Rəbbani 1992-2001-ci illərdə Əfqanıstanın qanuni yolla seçilmiş prezidenti olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş