Sizin reklam burada
Sizin reklam burada

“Bu, Quantanomada həbsdə olan insanların qurduğu hökumətdir”

“Bu, Quantanomada həbsdə olan insanların qurduğu hökumətdir”
Talibanın elan etdiyi müvəqqəti hökumət qeyri-qanunidir.
Bu sözləri Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Aqbar deyib.

Diplomat beynəlxalq ictimaiyyəti bu hökuməti tanımamağa çağırıb:

“Bu, törətdikləri cinayətlərdən dolayı Quantanomada həbsdə olan insanların qurduğu hökumətdir”.

Səfirin sözlərinə görə, özü Əfqanıstan vitse-prezidenti Əmrullah Salehi təmsil edir. O deyib ki, ölkənin xaricdəki 67 diplomatik nümayəndəliyi Taliban hökumətini tanımır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş