
Taliban Pəncşirdəki Müqavimət Hərəkatının lideri Əhməd Məsudun danışıqlarla bağlı təklifini rədd edib.
Bu barədə Taliban nümayəndəsi Məhəmməd Naim deyib.
O bildirib ki, vilayətin bütün 7 rayonu ələ keçirilib və Pəncşir üzərində hakimiyyətin tam bərqərar edilməsi yaxındır:
“Bizim sülh təklifimizi rədd etdikdən sonra danışıqlar üçün mövzu qalmayıb”.
Qeyd edək ki, Ə.Məsud Taliban rəhbərliyi ilə danışıqlara hazır olduğunu bəyan etmişdi.
Conflict.az