Sizin reklam burada
Sizin reklam burada

"Jurnalistlər istənilən cəmiyyətdə əvəzsiz xidmət göstərir"

"Jurnalistlər istənilən cəmiyyətdə əvəzsiz xidmət göstərir"
“Kabildəki həmkarlarım Əfqanıstanda fəaliyyət göstərən, müxtəlif ölkələrdən olan jurnalistlərlə əlaqədədirlər, onlara lazım olan bütün humanitar dəstək verilir”.

“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi mətbuat konfransında deyib.

"Jurnalistlər istənilən cəmiyyətdə əvəzsiz xidmət göstərir. Xüsusilə Əfqanıstanda qadın jurnalistlərin öz işlərini qorxusuz icra etməsinin məsuliyyəti “Taliban”ın üzərinə düşür", - o bildirib.

Qeyd edək ki, “Taliban” hərəkatının sözçüsü bir neçə gün əvvəl jurnalistlərin bölgədə fəaliyyəti üçün heç bir maneənin olmadığını bildirib. Beynəlxalq Jurnalistlər Federasiyasının yaydığı məlumata görə, dünyanın qabaqcıl media qurumlarında çalışan yüzlərlə KİV nümayəndəsi Əfqanıstanda akkreditə olmaq üçün müraciət edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş