Sizin reklam burada
Sizin reklam burada

"Mövqeyimizi çox tez müəyyənləşdirməliyik"

"Mövqeyimizi çox tez müəyyənləşdirməliyik"
Almaniya bir sıra şərtlərin yerinə yetirilməsi şərtilə Əfqanıstana humanitar yardım göstərməyə və onun inkişafına dəstək verməyə hazırdır.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Almaniyanın xarici işlər naziri Heyko Maas Avropa İttifaqı xarici işlər nazirlərinin ilin sonuna qədər Avropa İttifaqı Şurasında sədrlik edən Sloveniyanın paytaxtında keçirilən qeyri-rəsmi görüşündə bildirib.

Almaniyalı nazir deyib: "Əfqanıstanda istəsək də istəməsək də yeni reallıq var. Aİ orada müəyyən bir rol oynamaq istəyirsə, o zaman tez hərəkət etməlidir" dedi Maas.

"İndi Əfqanıstanla bağlı mövqeyimizi çox tez müəyyənləşdirməliyik", - Maas qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş