
ABŞ Prezidenti Co Bayden və ukraynalı həmkarı Vladimir Zelenski arasında Vaşinqtonda görüş baş tutub.
Görüş zamanı Zelenski Baydendən Donbasda əsir saxlanılan 450 ukraynalının azad edilməsinə yardım etməsini xahiş edib.
Bildirilib ki, Zelenski urkaynalı girovların adının qeyd olunduğu siyahını Ağ Ev administrasiyasına təqdim edib.
“Cənab prezident, biz bütün ukraynalı əsirlərlə bağlı siyahını sizin komandaya vermişik. Müvəqqəti işğal edilmiş Donbas və Krımda, Rusiyada olan bu insanların siyahısını hazırladıq. Təxminən 450 nəfərdir”, - deyə Zelenski Baydenə müraciətində bildirib.
Conflict.az
