
ABŞ Ukraynanın NATO istəklərini dəstəkləyir və iki ölkənin hərbi departamentləri ittifaqa üzv olmaq üçün lazım olan islahatları dəstəkləyəcək bir müqavilə imzalayacaq.
Bunu ABŞ müdafiə naziri Lloyd Ostin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə bildirib.
"Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə və Avroatlantik istəklərinə dəstəyimiz sarsılmazdır. Müdafiə sahəsində strateji razılaşmalara dair çərçivə sazişi hazırlanır. Məqsədlərdən biri Ukraynaya dəstək vermək və Rusiya təcavüzünün qarşısını almaqdır", - Ostin qeyd edib.
Conflict.az