
Kiyevə Rusiya ilə ticari əlaqələri kəsmək və sərhədləri bağlamaq sərfəli deyil.
Bu sözləri Ukraynanın Prezident Administrasiyasının rəhbərinin müşaviri və Donbas üzrə üçtərəfli əlaqə qrupundakı nümayəndəsi Aleksey Arestoviç deyib.
“Rusiya Ukraynanın beşinci ən iri ticarət ortağından biridir. Dünya olduqca qəliz sistemlə qurulmuşdur. Biz indi sərhədləri bağlasaq, hərbi vəziyyət elan etsək, siyasətdə və həyatda sual meydana çıxacaq: Yaxşı, indi nə edək? Nəticələri nələrdir? Mənim sevimli nümunəm: İran və İraq... İki ölkə 8 il müharibə apardı. Bir dəfə də olsun diplomatik əlaqələri kəsmədi”, - deyə Arestoviç bildirib.
Conflct.az