
Politoloq Bondarenko: “ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi konstitusiyaya ziddir”
“Ukraynada Amerika kontingentinin yerləşdirilməsi qeyri-mümkündür, çünki bu, konstitusiyaya ziddir”, - deyə ukraynalı politoloq Kost Bondarenko “RİA Novosti”-yə bildirib.
Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin Ukraynanın öz ərazisinə ABŞ hərbi kontingenti yerləşdirməsi və Ukrayna prezidenti Vladimir Zelenskinin bu məsələni avqustun 31-də amerikalı həmkarı Co Baydenlə görüşündə müzakirə etməsini lazım bilmişdi.
“İş orasındadır ki, Klimkinin əvvəlcə digər dövlətlərin hərbi bazalarının yerləşdirilməsini qadağan edən Ukraynanın konstitusiyasını oxuması faydalı olardı”, - deyə ekspert bildirib.
Bondarenko avqustun 31-də bu məsələnin ən yüksək səviyyədə nəzərdən keçiriləcəyinə şübhə ilə yanaşır: “Buna görə də bu, Klimkinin siyasi manevrindən başqa bir şey deyil”.
Onun sözlərinə görə, Pyotr Poroşenkonun prezidentliyi dövründə konstitusiyaya zidd olaraq ABŞ da daxil olmaqla, xarici qoşunların iştirakı ilə Lvov bölgəsindəki Yavorov poliqonunda mütəmadi təlimlər keçirilməsinə qərar verilmişdi.
“Klimkin də daxil olmaqla keçmiş hökumət konstitusiyaya zidd olaraq birgə təlimlər adı altında Yavorov poliqonuna Amerika kontingentinin yerləşdirilməsinə razılıq verdiyi üçün məhkəmə qarşısında cavab verməlidir”, - deyə Bondarenko əlavə edib.
Ukrayna Ali Radası 2014-cü ilin dekabrında iki qanuna dəyişiklik edərək, dövlətin bloka daxil olmamaq statusundan imtina etdi. 2019-cu ilin fevral ayında Ukrayna parlamenti konstitusiyaya ölkənin AB və NATO-ya doğru gedişini təmin edən dəyişikliklər qəbul etdi. Ukrayna NATO-nun geniş imkanlara malik statusunu alan altıncı partnyor-dövlət oldu. NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen daha əvvəl alyansa daxil olmaq üçün Ukraynanın uzun vaxt tələb edən bir çox meyarlara nail olmasının vacibliyini qeyd etmişdi. Ekspertlər hesab edirlər ki, Kiyev yaxın 20 ildə NATO-ya üzv olmaq üçün namizədliyini irəli sürə bilməyəcək.
Conflict.az