Sizin reklam burada
Sizin reklam burada

Zərbə pilotsuz uçan aparat vasitəsilə endirilib

Zərbə pilotsuz uçan aparat vasitəsilə endirilib
ABŞ hərbçiləri xüsusi əməliyyat nəticəsində “İslam Dövləti Xorasan” terror təşkilatının teraktların təşkili üzrə döyüşçüsünü məhv edib.
Bu məlumat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Uilyam Urbanın bəyanatında yer alıb.

Zərbə pilotsuz uçan aparat vasitəsilə endirilib. Əməliyyatın Əfqanıstanın Nəngərhar vilayətində gerçəkləşdirildiyini bildirib.

Qeyd edək ki, bundan öncə Kabil hava limanında teraktlar seriyasını “İslam Dövləti – Xorasan” terror təşkilatı həyata keçirmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş