
Taliban Kabilə hücum etməyə hazırlaşırdı.
Bu barədə istefa verən Əfqanıstan Prezidenti Əşrəf Qani özünün Feysbuk səhifəsində yazıb.
“Düzgün qərar qəbul etdim. Taliban məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”, - o bildirib.
Conflict.az