Sizin reklam burada
Sizin reklam burada

"Dedilər ki, biz bura oturmağa yox, yardım etməyə gəldik"

"Dedilər ki, biz bura oturmağa yox, yardım etməyə gəldik"
Yanğınlarla mübarizəmiz davam edir. Bu mübariz çərçivəsində bizə dünyanın hər tərəfindən yardımlar edilir. Amma ən önəmli yardımı dost və qardaş Azərbaycandan aldıq.
Bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli deyib.

“900 nəfərdən çox şəxsi heyət, 90-dan çox nəqliyyat vasitələri hazırda Muğladakı yanğınlarla bağlı dəstək verir. Çox təşəkkür edirəm. Bir sıra çətin tapşırıqlarda yanğınsöndürən qardaşlarımız çiyin-çiyinə işlədilər. Mən onların əzmini gözlərinin içində də gördüm. Hansı tapşırığı vermək istəsək, dedilər ki, biz bura oturmağa yox, yardım etməyə gəldik. Mən bütün azərbaycanlı qardaşlarıma təşəkkür edirəm. Onları burada görməkdən şad oldum”, - nazir bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ