
ABŞ silahlı qüvvələri yerüstü insansız nəqliyyat vasitələri sahəsində Rusiya və Çinlə texnologiya yarışındadır.
Bu barədə “Popular Mechanis” nəşri yazıb.
Məqalə müəllifinin sözlərinə görə, hazırda Amerika 3 döyüş texnikası üzərində çalışır. Onlar həcmi, texniki təchizatı və icra edəcəyi tapşırıqlara görə fərqlənəcəklər.
Bildirilir ki, Rusiya və Çin də analoji döyüş maşınları yaradır və bu səbəbdən ABŞ-ın bu sahədə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Qoşunları lazımi sayda döyüş robotları ilə təchiz edəcək ilk ölkənin üstünlüyü ələ alacağı vurğulanır.
Conflict.az
