Sizin reklam burada
Sizin reklam burada

Xəstələrin sayının həndəsi silsilə ilə artması növbəti mərhələ üçün hazır olmağın vacibliyini aktul edib

Xəstələrin sayının həndəsi silsilə ilə artması növbəti mərhələ üçün hazır olmağın vacibliyini aktul edib
Fransa Regional Səhiyyə Ajansı COVID-19 pandemiyasının yenidən baş qaldırması ilə xəstəxanaların təşkilatlanmasının möhkəmləndirilməsi məqsədilə Provence-Alpes-Cote-d’Azur (PACA) regionunda “ağ plan”ın (plan blanc) başladığını elan edib.
Xəstəxanalarda koronavirus xəstələrinin sayının həndəsi silsilə ilə artması xəstəxanaların növbti mərhələ üçün hazır olması vacibliyini doğurub. Nis şəhər xəstəxanasının reanimasiya şöbəsinin rəhbəri Karol İçe xəstəxanada koronavirus pasientlərinin artdığını bildirərək, növbəti mərhələyə keçid üçün xəstəxanaların hazır olmasının vacibliyinə toxunub. Bildirib ki, hazırda reanimasiya şöbəsində ağır xəstələrin sayı çox olduğundan, xəstəxanaya pasient axını zamanı əsas vasitələrin tez və rasional tətbiqini planlaşdırmaq məqsədi ilə xüsusi təcili yardım və səhiyyə böhranı üçün hazırlanmış “ağ plan”a başlanılıb. Virus sürətlə yayılır, xəstəxanada yeni çarpayılara, eləcə də kadrlara ehtiyac var. Növbəti mərhələyə keçmək üçün hazır olmaq lazımdır. “Ağ plan” işə qəbulu asanlaşdırmağa və bu strategiyanı başlamağa imkan verir. Xəstəxanadakı koronavirus pasientlərinin daha gənc yaş kateqoriyasını əhatə etdiyi diqqətə çatdırıb. Yoluxmanın 20-40 yaş arasında daha çox yayıldığı və bu yaş kateqoriyasının peyvənd edilmədiyi bildirib.

Xatırladaq ki, son günlər Fransada gündəlik yoluxma orta hesabla 21 mindən çox olur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ