
ABŞ Prezidenti Rəşad Hüseyni ABŞ-ın beynəlxalq dini etiqad azadlığı məsələləri üzrə ilk müsəlman səfiri təyin edib.
Bu haqda yerli “Religion News”(“Dini xəbərlər”) nəşri məlumat yayıb.
Hüseyn Kanzas ştatının keçmiş qubernatoru və ABŞ senatoru Sem Braunbekin Tramp administrasiyasının bağlanması səbəbilə istefa verməsindən sonra Dövlət Departamentində boş qalan yerdə oturacaq.
"Rəşadın təyin edilməsi Bayden rəhbərliyinin din azadlığına verdiyi önəmdən daha çox şey nümayiş etdirir"- deyə Ueyn Dövlət Universitetinin Amerika Müsəlman icmaları üzrə eksperti Səid Xan bildirib.
"Bu həm də administrasiya üçün islamofobiya ilə mübarizə və dini azadlıqların təşviqi baxımından müsəlman dünyasının əhəmiyyətini göstərir. Rəşadın tərcümeyi-halı ona müsəlmanların çox olduğu ölkələrlə dini etiqad azadlığı haqqında açıq danışmağa imkan verəcək " –deyə müsəlman ekspert əlavə edib.
Conflict.az