Sizin reklam burada
Sizin reklam burada

"Virusdakı dəyişiklikləri müntəzəm izləyir və hələ yayılmamış ştammları neytrallaşdırmağa çalışırıq"

"Virusdakı dəyişiklikləri müntəzəm izləyir və hələ yayılmamış ştammları neytrallaşdırmağa çalışırıq"
Estoniyalı professor Martin Ustav koronavirusdan qorunmaq üçün burun spreyi yaratdıqlarını bildirib.
“Postimees” bildirir ki, burun üçün damcılar COVID-19-a qarşı antikorların qarışığından ibarətdir. "İscosagen" şirkətində aparılan elmi-tədqiqat işlərinə professor Ustav rəhbərlik edib.

Alimin sözlərinə görə, dərman-damcılar hazırda bütün mövcud koronavirus növlərindən qorumaq gücündədir. Buna baxmayaraq, alimlər dərmanın daha təkmil olması üçün tədqiqatlarını davam etdirirlər.

"Virusdakı dəyişiklikləri müntəzəm izləyir və hələ yayılmamış ştammları neytrallaşdırmağa çalışırıq",- deyə Ustav bildirib.

"BioBlock" adlandırılan dərmanın üzərində "İcosagen"in alimləri ilə bərabər "Chemi-Pharm" şirkətinin, habelə Tartu Universiteti və Estoniya Təbiət Elmləri Universitetinin mütəxəssisləri çalışıblar.

Dərmanın kütləvi istehsalı üçün icazə verilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş