Sizin reklam burada
Sizin reklam burada

Buzların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olacaq

Buzların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olacaq
Qlobal iqlim dəyişikliyinin təsiri altında olan Qrenlandiya həyəcan təbili çalır.
Danimarkanın açıqladığı məlumatlara əsasən, 8,5 milyard ton buzlaq bir gündə əriyərək okeana qarışıb. Əriyən buzlağın ABŞ-ın Florida əyalətini 5 santimetr su ilə örtəcək həcmdə olduğu bildirilib. Belə ki, Şərqi Qrenlandiyada bütün zamanların ən yüksək temperaturu qeydə alınıb. Cənubdan gələn istilik dalğasının təsiri ilə temperatur 19,8 dərəcəyə qədər yüksəlib.

İyun ayından bəri isə Qrenlandiyada 100 milyard tondan çox buz əriyib. Buzların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş