Sizin reklam burada
Sizin reklam burada

“Üçüncü dozanın vurulması üçün milli kampaniyaya başladıq"

 “Üçüncü dozanın vurulması üçün milli  kampaniyaya başladıq"
İsrailin Baş naziri Naftali Bennett ölkədə 60 yaşdan yuxarı insanlara ABŞ istehsalı olan “Pfizer” peyvəndinin 3-cü dozası vurulması ilə bağlı kampaniya başladığını elan edib.
Bennett qeyd edib ki, artıq İsrail Səhiyyə Nazirliyinin ekspert heyəti 3-cü dozanın vurulması ilə bağlı proqramı rəsmən təsdiqləyib: “Üçüncü dozanın vurulması üçün milli kampaniyaya başladıq. İlk olaraq prezident Yizhak Herzoq 3-cü dozanı qəbul edəcək".

Baş nazir üçüncü dozanın vurulması prosesinin, nəticələrinin mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılacağını da bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ