
Ramana yaşayış kompleksində artıq 500-dən artıq müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda həmin kompleksdə yaşayış var. Eyni infrastruktur və şərait Xocasəndə salınmış yeni yaşayış kompleksində də mövcuddur. Artıq Xocasəndə 300 imtiyazlı şəxsin mənzillə təmin olunması prosesi həyata keçirirlir.
Bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur İbrahimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi canlı yayımda məlumat verib.
“Mənzil Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, imtiyazlı şəxslərin mənzillə təmin olunması üçün qediyyat prosesini icra hakimiyyətləri həyata keçirir. Həmin şəxslər bütün sənədlərini toplayaraq yerli rayon və şəhər icra hakimiyyətlərinə müraciət etməlidirlər. Növbəyə götürüldükdən sonra mənzillə təmin olunmaqla bağlı sərəncam verilir. Sərəncamdan sonra Sosial Xidmətlər Agentliyi araşdırmalar aparır. Ən vacib sənəd ailə tərkibini təsdiqəyən və əmlak haqqında arayışlardır”, - sədr müavini deyib.
Z.İbrahimov bildirib ki, bu, sosial proqram olduğu üçün sırf ehtiyacı olan şəxslərin mənzillər və fərdi evlərlə təmin olunması nəzərdə tutulub. Əgər imtiyazlı şəxsin yaşayış minimumu varsa, artıq digər növbədəki şəxsin mənzillə təminatı məsələsinə baxılır.
Conflict.az