Sizin reklam burada
Sizin reklam burada

"Jurnalistlər birgə bəyanat yayaraq bildiriblər ki, Baş nazir də başda olmaqla hökumət istefa verməyincə aksiyaları davam etdirəcəklər"

"Jurnalistlər birgə bəyanat yayaraq bildiriblər ki, Baş nazir də başda olmaqla hökumət istefa verməyincə aksiyaları davam etdirəcəklər"
Hazırda KİV nümayəndələri Gürcüstan parlamentinə giriblər və deputatlarla görüş tələb edirlər.
“Sputnik Gürcüstan” xəbər verir ki, bir neçə müxalifət deputatı jurnalistlərə parlamentə girişlə bağlı icazə vərəqələri yazsalar da, parlamentin mühafizəçiləri və polis onlara binaya girməyə icazə verməyib.

Lakin bir neçə dəqiqə mübahisədən sonra media nümayəndələri parlamentə girə bilib. Belə ki, onlara qapını içəridən deputat Niki Maçutadze açıb. Hazırda bütün jurnalistlərin içəri daxil ola bilməsi üçün danışıqlar gedir.

Bundan bir qədər əvvəl jurnalistlər birgə bəyanat yayaraq bildiriblər ki, Baş nazir İrakli Qaribaşvili də başda olmaqla hökumət istefa verməyincə aksiyaları davam etdirəcəklər.

Bütün bunların səbəbi isə “TV Pirveli” kanalının operatoru Lekso Laşkaravanın dünyasını dəyişməsi olub. Qeyd edək ki, o, iyulun 5-də Tbilisidə baş tutan qarşıdurmalar zamanı kobud şəkildə döyülmüşdü.

Etirazçıların sözlərinə görə, hökumət qarşıdurma zamanı öz vətəndaşlarını qoruya bilmədiyinə görə məsuliyyət daşımalıdır.

Hazırda hadisə yerində vəziyyət gərgin olaraq qalır və ora çox sayda polis əməkdaşı cəlb olunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ