Sizin reklam burada
Sizin reklam burada

"Potensial kiberhücum üçün minlərlə başqa hədəf var”

"Potensial kiberhücum üçün minlərlə başqa hədəf var”
ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Prezident Co Baydeni Rusiya ilə daha sərt olmağa çağırıb.
Pompeo Baydenin Rusiyanın ABŞ-a qarşı kiberhücumlarının ciddi nəticələri barədə Moskvaya qarşı adekvat addımlar atmalı olduğunu deyib.

Pompeoya görə, Rusiya Prezidenti Vladimir Putin kiberhücumların qarşısını almaq üçün tədbirlər görməyə çağırış etdiyi halda, Amerika lideri öz mövqeyində zəiflik nümayiş etdirir:

“Putin Baydendən açıq şəkildə tələb edir ki, toxunmamalı olduğun 16 obyektin siyahısı var. Potensial kiberhücum üçün minlərlə başqa hədəf var”.

Amerikalı siyasətçi qeyd edib ki, Vaşinqtonun Moskvaya eyni şəkildə cavab verməsi çətin deyil, amma bunun üçün hətta qoşunların kütləvi səfərbərliyi və ya digər oxşar tədbirlər tələb olunur: ”Bu, hazırlaşmalı olduğumuz cavabdır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ