Sizin reklam burada
Sizin reklam burada

Metronun fəaliyyətini dayandırması ilə bağlı hər hansı məlumat daxil olmayıb

Metronun fəaliyyətini dayandırması ilə bağlı hər hansı məlumat daxil olmayıb
Ötən gün koronavirusa yoluxma sayının artması sosial şəbəkə seqmentində bir sıra müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri yaxın zamanda metronun fəaliyyətini daynadıracağı barədə iddialar səsləndiriblər.

Bununla bağlı Axar.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metro tam şəkildə öz fəaliyyətini davam etdirir:

“Nazirlər Kabineti yanında Operativ Qərargahdan metronun fəaliyyətini dayandırması ilə bağlı bizə hər hansı bir məlumat daxil olmayıb. Metro tam şəkildə öz fəaliyyətini davam etdirir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş