
BMT Təhlükəsizlik Şurasının növbəti iclasında Haiti prezidentinin öldürülməsindən sonra ölkədəki vəziyyət müzakirə ediləcək.
Bu barədə “TASS” dünya təşkilatındakı mənbə bildirib.
“Cümə axşamı Haitidəki vəziyyətin müzakirəsi planlaşdırılır” - deyə, mənbə bildirib.
Qeyd edək ki, Haiti prezidenti Jovenel Moiz şəxsi iqamətgahında güllənərək öldürülüb.
Conflict.az