Sizin reklam burada
Sizin reklam burada

"Bu, Ukrayna üçün faciə deyil"

"Bu, Ukrayna üçün faciə deyil"
ABŞ Donbasa dair Minsk formatında iştirak etməyəcək.
Bunu ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst deyib.

Keçmiş səfir ABŞ-ın Minsk danışıqlarında iştirakına Almaniya və Fransanın da qarşı olduğunu qeyd edib:

"Mənim fikrimcə, bu, Ukrayna üçün faciə deyil, bu format problemin həllinə yardım etmədi. Bunun səbəbi odur ki, Rusiya hələ də Donbasdakı qoşunlarını geri çəkməyə hazır deyil. O gün gələndə Rusiya ABŞ-la danışacaq, çünki Amerikanın bu məsələdə əsas rol oynadığını başa düşür. Minsk formatı yalnız bir səbəbə görə vacibdir: bununla əlaqədar Avropa Birliyi Rusiyaya sanksiyalar tətbiq edir və bu da Ukrayna üçün faydalıdır".

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ