Sizin reklam burada
Sizin reklam burada

"Bizim kəşfiyyat bilir ki, orda qərarı kim qəbul edib"

"Bizim kəşfiyyat bilir ki, orda qərarı kim qəbul edib"
Britaniya esminesi ilə bağlı situasiya Qərbin provokasiyası idi və Rusiya bu insidentə sərt cavab verdi.
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” kanalının efirində deyib.

“Əlbəttə, bizim kəşfiyyat bilir ki, orda qərarı kim qəbul edib. Amma mən düşünürəm ki, əməliyyatı okeanın o tayında olan böyük yoldaşlar planlaşdırıblar”, - Peskov bildirib.

Kreml sözçüsü bənzər insidentlərə də Rusiyanın çox sərt cavab verəcəyini qeyd edib.

Qeyd edək ki, Krım sərhədlərini pozduğu iddia edilən Britaniya esminesi istiqamətində Rusiya xəbərdarlıq atəşi açmışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş