
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə telefon danışığı aparıb.
Tərəflər Türkiyə-AB münasibətlərini inkişaf etdirəcək addımların atılması məsələsini müzakirə edib. Ərdoğan Türkiyənin üzərinə düşəni artıqlaması ilə etdiyini, konkret addımlar atmaq növbəsinin AB-də olduğunu vurğulayıb.
Gömrük İttifaqının yenilənməsi ilə bağlı danışıqların ən qısa müddətdə və heç bir şərt irəli sürülmədən başlanılmasının lazım olduğunu söyləyən Ərdoğan digər sahələrdə də yüksək səviyyəli müzakirələrə hazır olduqlarını qeyd edib.
Conflict.az
