Sizin reklam burada
Sizin reklam burada

"Ağır nəticələrə gətirəcək addımlar atmaq hüququna sahibik”

"Ağır nəticələrə gətirəcək addımlar atmaq hüququna sahibik”
Vaşinqton kiberhücumlar barədə Moskvanı xəbərdar etmək niyyətində deyil.
Bu barədə Ağ Ev sözçüsü Cen Psaki deyib.

“Prezident açıq şəkildə bildirdi: Müşahidə etdiyimiz bu sahədə ağır nəticələrə gətirəcək addımlar atmaq hüququna sahibik”, - deyə Psaki bildirib.

Qeyd edək ki, ABŞ-Rusiya prezidentlərinin görüşü zamanı rus hakerlərin amerikan obyektlərinə kiberhücumu məsələsi müzakirə edilmişdi. Ağ Ev rəhbəri bildirmişdi ki, Moskva analoji addımlara davam edərsə, ağır şəkildə cavabını verəcək və Vaşinqton xəbərdarlıq etmədən ciddi addımlar atacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş