Sizin reklam burada
Sizin reklam burada

Paşinyan seçki nəticələrini qeyd etmək üçün mərasim keçirəcək

Paşinyan seçki nəticələrini qeyd etmək üçün mərasim keçirəcək
Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan növbədənkənar seçkilərin ilkin nəticələri elan olunduqdan sonra bu dəqiqələrdə seçki qərargahına gəlib.
N.Paşinyanı çoxsaylı tərəfdarı qarşılayıb.

Nikol Paşinyan tərəfdarları və media nümayəndələri qarşısında çıxış edib və seçki nəticələrini qeyd etmək üçün Respublika meydanında mərasim keçiriləcəyini açıqlayıb.

O bildirib ki, meydanda məxməri deyil, "polad inqilab" elan olunacaq.

Hazırda 2008 seçki məntəqəsindən 900-ə yaxın seçki məntəqəsinin nəticəsi açıqlanıb. İndiki nəticələrə görə, N.Paşinyan 58 faizə yaxın səslə liderdir. Onun ən yaxın rəqibi Robert Köçəryanın "Ermənistan" bloku 19 faizə yaxın səslə ikincidir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ