Sizin reklam burada
Sizin reklam burada

Hüseynağa Qəniyev - Babək və babəkidilər haqqında düşüncələr

Hüseynağa Qəniyev - Babək və babəkidilər haqqında düşüncələr
Babək: “Bir gün azad yaşamaq, qirx il kölə olmaqdan yaxşıdır!”

İslamın “qızıl dövrü”
Məhəmməd reyəğəmbərdən sonra 4 xəlifə - Əbu Bəkrin, Ömər ibn Xəttabın, Osman ibn Əffanın və Əli ibn əbu Talıbın xəlifəlik dövrü (632-661) Avrorada möminlik , yaxud həqiqət yolu ilə gedən xəlifəlik , Şərqdə isə islamın “qızıl dövrü “adlandırılmışdır.
Əməvilər
Həzrət Əlinin vəfatından sonra hakimiyyəti zor və hiylə yolu ilə ələ keçirən Müaviyə ibn Əbu Sufyan xilafətin “qızıl dövrünün” siyasətini dəyişdirdi: möminlik və dinçilik yolundan imtina edib, hökmdarlıq üsul-idarəsinə keçdi. O, dini və dövlət hakimiyyətini əlində mərkəzləşdirərək, inzibati-amirlik, zorakılıq, istibdada söykəndi və əməvilər sülaləsinin bünövrəsini qoydu. Halbuki xilafət hakimiyyətinin başlıca vəzifələri və istiqamətləri Məhəmməd reyğəmbər tərəfindən aydın, konkret şəkildə müəyyənləşdirilmişdi: möminlik və dinçiliyi qorumaq!
Beləliklə, möminlik axtarışı ilə islamı qəbul etmiş insanlar arasında narazılıq artıb etiraza çevrildi. Buna məhəl qoymayan Əməvilər istibdadın və mütləqiyyətin dayaq sütunlarını möhkəmləndirdikcə, xilafətin əsas onurğa sütunu olan möminlik zəiflədi, son nəticədə onların hakimiyyəti çökdü.
Abbasilər
749 – cu ildə Əməviləri Abbasilər əvəz etdi. Onlar da möminliyə yaxınlaşa bilmədilər.Hətta iş o yerə çatdı ki, sülalənin ən tanınmış xəlifələrindən biri - obrazı “Min bir gecə” nağıllarında ideallaşdırılmış Harun ər Rəşid islamı qəbul edən bütün xalqlara ərəbliyi sırımaq fikrinə düşdü. O, islamı qəbul edən qeyri - ərəb xalqların narazılığına “bizi qəbul etmisiniz (yəni ərəbliyi və Abbasilər sülaləsini) amma itaət etmək istəmirsiniz” deyəndə, onlardan “biz sizi, ərəbliyi yox, islamı qəbul etmişik” cavabını alarkən, dərhal həmin adamların qətlinə fərman verirdi.
Harınlıq və ya harunluq
Qədim Misirdəki fironlar (hökmdarlar) xalqın şüurunda və deyimində fironlaşdığı kimi, Harun ər Rəşid də harınlamışdı. “Fironluq və harınlıq” sözləri xalqların anlamında sinonimə çevrilmişdi.İndinin özündə belə resrublikamızın cənub bölgəsində “harın olmaq” ifadəsi “harun olmaq” kimi işlədilir.“Fironluq etmək” ifadəsi fironların qudurğanlığından, azğınlığından xəbər verdiyi kimi “harın yaxud harun olmaq” da Harun ər Rəşidin xalqın malını yeyib qudurmasından, azğınlığından, halal - haram bilməməsindən və zülmkarlığından xəbər verirdi.
O, Azərbaycanın böyük bir hissəsini arvadı Zibeydəyə, yerdə qalanını isə atasının halal malı kimi qızlarına peşkəş etmişdi. Marağada yerləşdirdiyi ərəb qarnizonu bir əlində od, digərində qılınc dövlətin səlahiyyətli qurumu kimi, yerli əhalini sıxışdırır, talayır, muxtəlif bəhanələrlə onları istədikləri kimi mühakimə edir, sərvətlərini, mal-mülklərini müsadirə yolu ilə əllərindən alırdı. Azərbaycanın sərvətləri hesabına Bağdad və digər ərəb şəhərləri abadlaşdırılır, Azərbaycan isə xarabazara çevrilirdı.
Xürrəmidlər
Harun ər Rəşidin arvadı və qızları Azərbaycanı heç vaxt görməmışdilər.Lakin müntəzəm olaraq pul, var - dövlət tələb edir, qarət etdikləri xalqın sərvətini cah - cəlallarına, dəbdəbəli gün-güzəranlarına, təm - təraqlı, təntənəli ziyafət məclislərinə, dəsgahlı zinət əşyalarına israf edirdilər. Onlar ömürlərini qəm - qüssədən uzaq, sevinc, fərəh içində keçirir, şad və xürrəm həyat sürürdülər.
Eyş - işrət içində yaşayan bu insanlar, vətəni işğal, xalqı talan edilən, yoxsulluq və qəm-qüssə içində yanıb - yaxılanların ağılarından, ahu - naləsindən, tükürпədici fəryadından qəlboxşayan mahnı, şən musiqi kimi zövq alır, onların azadlıq mübarizəsindən hiddətlənib, öz adlarını onlara qoydular: xürrəmid!
* * *
Haşiyə: Deyirlər var-dövlət insanı qudurdur,azğınlaşdırır. Əslində bu fikirlə birmənalı razılaşmaq olmaz. Tarixin təcrübəsi göstərir ki, ağlı, dünyagörüşü, əxlaqı, var - dövlətindən az olanın gözləri qapanır. O, qudurur, azğınlaşır, iblisə sığınır. Və əksinə, zəkası, əxlaqı sərvətindən çox olan insanın gözləri açılır, rəhmli və mərhəmətli olub, Allaha itaət edir.
v v v
Hüdudsuz hakimiyyət, var - dövlət, eyş - işrət Abbasilər sülaləsinin gözlərini qapadı. Onlar görə bilmədilər ki, vətəndaşlıq, iqtisadi, siyasi, milli–mənəvi azadlıqları qəsb olunmuş insanlar dağlara çalıb - oynamağa, fərəh və sevinclərini bölüşməyə, eyş - işrətlə məşğul olmağa, Harun ər Rəşidin çox sevdiyi ərəb göbək rəqsinə tamaşa etməyə yox,qəm- qüssələrini bölüşməyə, qəsb olunmuş azadlıqlarını, sevinc və fərəhlərini geri qaytarmaq uğrunda mücadilə, yadelli işğalçıların, xəlifələrin harınlığına müharibə elan etmək üçün çəkilmişlər.
Ərəb tarixçilərinin “xürrəmidlər” adlandırdığı “babəkidlərin”milli azadlıq mücadiləsi belə bir tarixi-siyasi, mənəvi psixoloжi şəraitin məhsulu idi.
Babəkidlər
Babəkin bayrağı al qırmızı - qan rəngində idi. O, 1200 il bundan əvvəl başa düşmüşdü ki, azadlıq ağacı qanla suvarılmasa göyərməz.Ondan 1000 il sonra dahi alman filosofu Heygel yazmışdı: o xalq ki, azadlığı uğrunda ölməyə hazır deyil, kölə olmağa layiqdir.
Babək bir gün azad yaşamaqı 40 il kölə olmaqdan ustün sayırdı. Onun bayrağının rəngi göstərirdi ki, babəkidlərin mücadiləsi Vətəninin, xalqının azadlığı uğrunda qan tökməyə, can verməyə hazır olanların mücadiləsidir. Azərbaycan xalqı 1200 il əvvəl olduğu kimi, bu gün də azadlığı uğrunda can verməyə, qan tökməyə hazır olduğunu ucadan qururla söyləyir:
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
(Azərbaycan Resrublikasının Dövlət Himnindən)

* * *
Babəkin müharibələri möminlik və yaxud həqiqət yolu ilə gedən müsəlmanlara qarşı deyil, ərəblərin, harınlaşmış xəlifələrin və onların əlaltılarının zülmünə qarşı mübarizə,
xalqın azadlığı uğrunda müharibə idi. Ərəb tarixçiləri anti Babək kitablarını yazarkən, özləri dərk etmədən, qeyri-iradi olaraq, dolayısı yolla bu fikri etiraf etmişlər.
IX əsr ərəb tarixçisi Əbu Məhəmməd Əhməd ibn Əcəm əl Kufi “ Fəth kitabı”nda yazır ki, Afşinin döyüşçiləri Babəki tutarkən o, Səhlə “ məni yəhudilərə quruşa satdın”- dedi.(“Fəth kitabı”, ” Elm” nəşriyyatı, Bakı, 1981, səh.76.)
Göründüyü kimi Babəkin savaşı dini xarakter daşısaydı Səhlə “məni yəhudilərə” yox, “müsəlmanlara satdın”deyərdi. Babək bilirmiş ki, yəhudilərlə ərəblər eyni tayfanın-sami tayfasının övladlarıdır. “Semitlər- Qabaq Asiyada, Şimali və Şərqi Afrikanın bir hissəsində yaşamış və yaşayan xalqlar qrupu-samilər (buraya... habelə müasir xalqlardan ərəblər, suriyalılar, yəhudilər və efioriyalılar daxildirlər”. (Azərbaycan dilinin izahlı lüğəti, Bakı, “Elm”, 1987-ci il, ЫВ ъилд, səh. 44)
Babək “məni yəhudilərə satdın” deyəndə ərəb işğalçılarını nəzərdə tutması ehtimalı daha inandırıcıdır.
İkincisi, kitabın adı islamlaşmanı yox , istilanı - fəth etməyi ehtiva edir. Fatehlərlə, işğalçılarla, zalımlarla müharibə etməyi , Vətən, xalq, azadlıq uğrunda savaş aparmağı, Qurani-Kərim halal buyurub.
Antik Roma imperiyasından, xristian dünyasından fərqli olaraq islamın qanunları zülmü rədd edir.Hətta kölələrə qarşı yumşaq, mehriban rəftarı alqışlayır. Məhəmməd пeyğəmbərin hədislərinin birində deyilir: qullar sizin qardaş- bacılarınızdır, onlar Allah tərəfindən hakimiyyətiniz altına göndərilən xidmətçilərinizdir. Özünüz yediyiniz, geyindiyiniz kimi, onları da yedirdib, geyindirin, qüvvələrindən artıq işlə yükləməyin. Heç vaxt “mənim köləm” ifadəsini dilinizə gətirməyin. “Mənim xidmətçim”, “mənim uşağım” deyin.
İslam insanların maddi-mənəvi azadlığına dəyər verir, hətta köləni azadlığa buraxmağı yüksək insani keyfiyyət və savab iş hesab edirdi.
Haşiyə: Zənnimcə Vətən, xalq, millət, ata, ana insana Allahın töhfəsidir. Ona görə türklər deyirlər: “Öncə vətəndir!”, “Vətən sağ olsun!” Din isə insanın şəxsi əqidə seçimidir. Allahın bəxş etdiyi töhfələri dəyişmək qeyri- mümkündür. İnsanın şəxsi seçimi isə öz haqqıdır.Hər il dünyada yüzlərlə xristian seçimini dəyişdirib müsəlmanlığı qəbul edir və ya əksinə. İnsan Allahın töhfəsini həyatı boyu, əqidəsini isə qəbul etdiyi andan göz bəbəyi kimi qorumağa borcludur. Çünki bu borcların hər ikisi müqəddəsdir.Onlar ürək və baş kimi biri diğərsiz yaşaya bilməz. Ona görə deyiblər: zatın danan haramzada, əqidəsini itirən imansızdır.

Nəyə görə xəlifələr və onların tarixçiləri Babəkin milli mücadiləsini dini savaş kimi qələmə verməyə çalışmışlar?
Abdullah ibn Əsəd Yafei kitabında, Babəkin son günlərini təsvir edərkən yazır: “ Bəzz qalası ağır mühasirədən sonra alındı. Məhəmməd ibn Möhtəsim Babəkə aman kağızı göndərdi. O, xəlifəni söydü və kağızı cırıb atdı. Babək qüdrətli, tələbkar, inadlı bir adam idi”. (Səid Nəfisi,“Babək,” Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1960, səh.153) Bu, Babəkin qatı düşməninin etirafıdır. Babək xəlifələrdən daha nəhəng qüdrətə, xalqa bağlı əzəmətə malik idi. Bu səbəbdən onlar şəxsi düşməni və qənimi olan Babəkə qalib gəlməyin mümkünsüzlüyünü başa düşüb, onu daha müqəddəs və yenilməz qüvvəyə qarşı qoymaq zorunda qalmışlar. Həmin qüvvə islam dini idi.
Saxtakarlıq
Ərəb tarixşünaslığında “xürrəmi” adlandırılan hərəkatın kökləri, səbəbləri, mahiyyəti haqqında səhih, həqiqətə uyğun məlumat axtarmaq Leninin əsərlərində burжuaziya haqqında obyektiv məlumat axtarmaq qədər absurddur. Çünki onların hər ikisinin fikirlərində iddia, qərəz, ideoloжi, siyasi, mənafe marağı vardır. Tarixi faktlar onlar üçün məqsəd deyil, vasitədir.
Deyirlər, faktlar çox tərs olur. Lakin bu, siyasətçilərə aid deyil. Çünki onlar faktlardan daha çox tərsdirlər. Faktları siyasi maraqlarına tabe etmədən onlardan əl çəkmirlər. Bu mümkün olmadıqda onu saxtalaşdırmaqdan, ağalarının məqsəd və mənafelərinə uyğunlaşdırmaqdan belə çəkinmirlər.
* * *
Babək və babəkidlərin möhtəşəm hərəkatı demək olar ki, ilk dövrlərindən xəlifələrin və onların ruporu, yazıçısı, intişarçısı və yayıcısı olan səlnaməçilərin , tarixçilərin və siyasətçiloərin inhisarında olmuşdur. Tarixin ən böyük ədalətsizliyi odur ki, hakim məzlumun, qalib məğlubun, işğalçı əsarət altına aldığı xalqın tarixini yazmış, onlara istədiyi adı qoymuş, damğanı vurmuşdur.Qəbul olunmuş yazılmamış qanunlara görə qaliblər müzakirə və mühakimə olunmаmışlar.
Haşiyə: Bu sahədə türk tarixi istisnadır. Türk qələbəni, təbii həyat tərzi, qəhrəmanlıq tarixini yaratmağı onu yazmaqdan, hesabını ararmaqdan, əbədiləşdirməkdən daha üstün tutmuş, ”Qüdrət və zəfəri” babalarından qalmış müqəddəs miras hesab etmişdir. Yeganə olaraq orta əsr türk tarixini məğlublar yazmışlar. Bu da əsanın o biri tərəfi deməkdir. Ən ədalətli, müdrik məğlub belə qalibinin, ağasının tarixini yazmaqda sona qədər səmimi və obyektiv ola bilməz. O, sətiraltı olsa belə, urəyinin dərinliklərindəki küdurətini bildirmək üçün gizli vasitələrdən və eyhamlardan istifadə edir. Necə ki, böyük Firdovsi qələbələrlə dolu möhtəşəm türk tarixini “Şahnamə” epopeyasında təsvir etməkdə səmimi və obyektiv ola bilmədi.
Ən obyektiv tarix hər xalqa müyəssər olmayan, xalqın özünün yazdığı tarixdir.
Elə isə tarixi həqiqəti harada axtarmaq lazımdır?
Fikirimcə həqiqəti, tarixi faktlara, yeni demokratik şəraitdə, azad, elmi-metodiki məntiqi yanaşma müstəvisində axtarmaq vacibdir.
***
Babək elə tarixi şəxsiyyətdir ki, IX əsr xilafət tarixi ondan yan keçə bilmir. Elə rarlaq simadır ki, ona nə qədər eybəcər, çirkin, tünd rənglər yaxsalar da, parıltısını tam örtmək mümkün deyil.
Ərəb tarixçiləri babəkidlərin möhtəşəm mücadiləsinin əsil mahiyyətini gizlətmək,
onu istədikləri rəngdə təqdim etmək üçün çox ziddiyətli versiyalar uydurmuş, bunun sayəsində saysız-hesabsız hərəkatlara, ideya və təriqətlərə, bir o qədər də istədikləri adları qoymuşlar. Məhəmməd ibn Əbd əl Kərim əş Şəhristanınin “Dinlər və təriqətlər haqqında” kitabında aşağıdakı adlara rast gəlmək mümkündür: məzdəkilər,manixeylər, xürrəmilər, xürrəmidlər, müxamiridlər, xurasamidlər, xürrəminidlər, kaysanidlər, rəvanidlər, xarisidlər, mazyaridlər, Babək əl xürrəmilər, babəkilər, babəkidlər və s. (I hissə, Moskva,“Elm”,1984,səh. 123).
Babək hərəkatının mahiyyəti bu adların hansını ehtiva edir? Sağlam məntiqə, elmi metodiki təhlilə inansaq: babəkidlər! Ərəblər isə “xürrəmidlər” demişlər.
Birincisi, bu sözün mənası əhli-keyf, şad-xürrəm, qəm- qüssədən uzaq, əyləncə, fərəh içində yaşamaqıdır. Bu da, ərəb işğalçılarının özlərinin həyat tərzidir. İkincisi, bu sözün mahiyyətində hərəkata məsxərə, istehza elementləri açıq aydın görünur ki, bu da adın yad, qərəzli adamlar tərəfindən qoyulduğunu sübut edir. Üçüncüsü, keyf əhlinə hər cür iftira yapışdırmaq asandır.
Lakin onlar bir həqiqəti unutmuşlar: psixologiya elmi əyləncə axtaran əhli-keyf insanların ciddi işlərlə məşğul olub ali məqsədlər uğrunda ölüm-dirim çarpışmasına girişəcəyinə inanmır və bu fikri qəbul etmir.
***
Babək haqqında ən məşhur tarixçilərin, siyasətçilərin, böhtanları belə ziddiyyət və məntiqsizliklə doludur. Onlar Babəkə yaxmaq üçün əllərinə lazım olduğundan daha çox çirkab götürüblər; üstəlik ehtiyatsızlıq və arxayınçılıq üzündən Babəkdən daha çox özlərini çirkaba bulaşdırmışlar.
Zamənəsinin tanınmış, müdrik və mötəbər siyasətçisi sayılan Nizam əl Mülk də həmin çirkabdan yan keçməmişdir. O, “Mərhəmətli Allahın adı ilə” başladığı məşhur “Siyasətnamə”əsərində yazmışdır: “Bir gün xəlifə Möhtəsim içki məclisində üç dəfə qalxıb, ayrı-ayrı otaqlara keçdi və qayıdandan sonra şərab içdi; hamamda qüsl etdi və iki rükət namaz qıldı. Məclisə gəlib qazi Yəhyaya dedi :-əziz və uca Allahımın bu gün mənə bəxş etdiyi nemətə görə namaz qıldım. Bu üç saatda üç düşmənimin - xristian Rum hökümdarının, xürrəmi Babəkin və atəşpərəst Mazyarın qızlarının bakirəliyini aldım” (SSRİ EA-nın nəşriyyatı, Moskva-Leninqrad, 1949, səh.218).
Nizam əl Mülkün rəğbətlə qələmə aldığı hekayətdən belə çıxır ki, Mötəsim Allahla danışıb, xeyir-dua alandan sonra bu işi görüb. O, anlamayıb ki, insanın Allahla danışması təqdirəlayiqdir, adı isə ibadətdir. Allahın insanla danışıb, bəd əməl üçün ona xeyir-dua verməsini söyləməyin adı dində Allahı əməlinə şərik etmək, küfr danışmaq, elmdə şizofreniyadır.
Belə ağlasığmaz əcayib hekayətdən təqdirəlayiq tərzdə soyuqqanlılıqla danışan məşhur siyasətçi, daha sonra xürrəmilərin adət-ənənələri, əqidə və əxlaqi barədə yazır: onlar halal-haram bilmir, başqalarının əmlakını və arvadlarını ictimai, ümumi hesab edir, insanın cisminə, bədəninə, vücuduna ağırlıq gətirən hər şeyi rədd edirlər.
Haşiyə: Göründüyü kimi Nizam əl Mülk də babəkidləri ləkələmək üçün ən rəzil saxtakarlıqdan belə çəkinməmişdir. Qadınları ictimailəşdirmək insanlarda ən çox qıcıq və nifrət oyadan məsələdir. Bu fikirdən sovet dövlətinə qarşı da istifadə edib, onu nüfuzdan salmağa çalışırdılar. Sovet İttifaqı dağılandan sonra İrandan və bəzi başqa ölkələrdən gələnlər azəri qadınlarının və kişilərinin əqidəsinin, namusunun, qeyrətınin, ailə və məişət əxlaqının müqəddəsliyinin şahidi olanda onun qarşısında baş əyib, onları aldadanları lənətləyirdilər. Qadınların ictimailəşdirilməsi, yeni doğulan qız uşaqlarının öldürülməsi və ya diri-diri torpaqa basdırılması tarixən Azərbaycan xalqının əxlaqına yad olmuş, bu rəzil fikirləri ağıllarına belə gətirməmiş, onun mümkünlüyünü ilk dəfə ərəb tarixçilərindən və siyasətçilərindən eşitmişlər.
O ki qaldı əmlakın ictimailəşdirilməsinə, babəkidlər hərəkatının sosial tərkibi haqqında zərrə qədər anlayışı olan hər kəs bunun ağ yalan olmasını dərhal başa düşər. Çünkü hərəkatın başlıca hərəkətverici qüvvələrindən biri mülkədarlar-feodallar olmuşlar.Elə isə onlar özlərinin torpaqlarının, mal-mülkünün ictimailəşdirilməsi uğrunda nə üçün mübarizə ararırdılar?!
Məncə əlavə izaha ehtiyac yoxdur. Siyasətçi öz əli ilə anlamadan, çirkabı babəkidlərin əvəzinə özünə, xəlifə Möhtəsimə və şəriət hakimi qazi Yəhyaya yaxmışdır.
Təriqətlər
Bütün möhtəşəm ideyalar və dinlər zaman keçdikcə, müəyyən qrup və təbəqələrin cari maraqlarına uyğunlaşdırılaraq müstəqil qol, cərəyan və ya təriqətə çevrilirlər.
XI əsrin görkəmli ilahiyyatçısı Məhəmməd ibn Abd əl Kərim əş Şəhristani bu barədə yazır: “Maqlar yetmiş, iudeylər yetmiş bir, xristianlar yetmiş iki, müsəlmanlar yetmiş üç təriqətə bölünürlər.”( Dinlər və təriqətlər haqqında kitab, I hissə, Şərq ədəbiyyatı Baş redaksiyası, “Elm”, Moskva, 1984, səh. 27). O, kitabında daha sonra Məhəmməd reyğəmbərə istinadən yazır: “Və reyğəmbər xəbər verib: mənim icmam yetmiş üç təriqətə bölünəcəkdir”. Məhəmməd reyğəmbərin vəfatından sonra, onun dedikləri çin oldu. İslam dini çoxlu təriqətlərə ,məzhəblərə rarçalandı və onların arasında hegemonluq uğrunda uzun müddət amansız mübarizə getdi, bu və ya digər şəkildə indiyə qədər davam edir.
***
Şərqdə əsrlərlə böyük təsir gücünə malik olan zərdüştçülük də zaman-zaman təriqətlərə parçalanmış, cəmiyyətin müxtəlif təbəqələrinin mənafeyini müdafiə edən ideyalara çevrilmiş, nəticədə hakim təbəqələrin qəzəbinə tuş gələrək təqibə məruz qalmışdır.
Təriqətlərin müxtəlif istiqamətli görünməsinə baxmayaraq, əsas ideyaları bir olmuşdur: dünyəvi rroseslərin bünövrəsində “xeyirlə şərin”, “işıqla zülmətin” mübarizəsi durmuşdur.Bu amal, sosial ədalət, azadlıq və bərabərlik uğrunda, təbəqələrin mənafe uğrunda mübarizəsi, yoxsullarla varlıların mübarizəsi kimi təzahür etmişdir. Beləliklə, onlar böyük fransız inqilabından 900 il əvvəl azadlıq və bərabərlik uğrunda mübarizə bayrağı altında tarixin səhnəsinə çıxmışlar.
* * *
Ərəb tarixçiləri Babək hərəkatına “xürrəmi” adı qoymaqla, onu əsas ideyasından ayırıb, azadlığı keyf-damaq, eyş-işrət, əxlaqsızlıq, bərabərliyi başqalarının mal-mülkünü talayıb, haqlarını mənimsəmək uğrunda mübarizə kimi qələmə vermişlər.
Təəssüf ki, onların on iki əsr əvvəl dövriyyəyə buraxdıqları bu saxta “sikkələrin” təmiz “sikkə” olmasına bu gün də inananlar tarılır.
İ f t i ra
Babəkin nəsil-nəcabəti haqqında tarixdə bir neçə məlumat vardır. Birincisi, “Babək möbidlər (kahin, alim) nəslindəndir”. (Səid Nəfisi, “Babək”, Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1960, səh.12.)
İkincisi, “Babək zəmanəsinin ən güclü rəhləvanı Əbu Müslüm Əbdürrəhman ibn Müslümün qızı Fatimənin oğludur. (həmin kitabda, səh. 159.)
Üçüncüsü, Səmani “Kitab-əl-əsnab” əsərində Babəkin tanınmış bir kişinin- Mərdəsin oğlu olduğunu iddia edir. (həmin kitabda, səh. 159.) Və s.
Lakin ərəb tarixçiləri bu məxəzlərə əhəmiyyət vermədən aşağıdakı iftiralarla dolu versiyanı dövriyyəyə buraxmışlar:
Babəkin atası guya tuluqda yağ satan Abdullah, anası taygöz xürrəmi qadın olub. O, ata-anasından gizli Abdullahla yaşayıb. Günlərin birində müsəlman qadınlar bulaq başına gedəndə yolun kənarındakı qamışlıqda mahnı və gülüş səsləri eşidirlər. Maraqlananda taygöz qızı naməlum kişinin ağuşunda yaxalayırlar. Həmin naməlum kişi-Abdullah qaçıb canını qurtarır. Müsəlman qadınlar əxlaqsız, pozğun xürrəmi qızı məsxərəyə qoyaraq təhqir edir, saçlarından darta-darta kəndə gətirib rüsvay edirlər. Abdullah müsəlmanlar tərəfindən gələcək təqiblərdən qorxaraq, taygöz qızla rəsmi nigaha girmiş, ondan Abdullah və Həsən (Babək) adında iki oğlu dünyaya gəlmişdir. Babək anadan olmazdan əvvəl yoldan keçənin biri Abdullahı vurub öldürmişdür.
Bu rəvayət hansı məxəzdən götrülmüşdür? Bizə məlum olanı budur ki, həmin məlumatı İshaq ibn-Əbu Üəqub ibn-əl Nədim Bağdadi Vaqid ibn-Ömər Təmimiyə istinadən “Kitab-əl-Fehrist” əsərinə köçürmüşdür.(Səid Nəfisi, Babək, səh. 158.) Görünür ərəb tarixçiləri biri digəri üçün mötəbər məxəz sayılırmış.
Bəs, azərbaycanlılar üçün bu rəvayət mötəbər məxəz sayıla bilərmi?
Əlbəttə yox!
Aydın məsələdir ki, Babəkin hərəkatına olan münasibət, onun əsil-nəcabətinə münasibətdən heç də fərqlənmir. Babək və babəkidləri bütün istiqamətlərdə aşağılamaq bir siyasət zəncirinin həlqələridir.
***
Tarixin gedişindən məlumdur ki, xalqı məhv etməyin ən etibarlı yolu onun liderlərini nüfuzdan salıb məhv etməkdən keçir. Lideri olmayan xalq başsız bədənə bənzəyir. Bu yerdə görkəmli filosof Dekartın dillər əzbəri olmuş “Düşünürəmsə, demək mövcudam, varam” ifadəsini xatırlamaq yerinə düşər. İşğalçılar yaxşı bilirdilər ki, düşünən başı olmayan xalq mövcud olmayan xalqdır. Ona görə də onlar hər hansı ölkəni işğal edərkən, birinci növbədə onun ruhunu istila etmək üçün demişlər: bu ölkədə başıpapaqlı bir nəfər də qalmamalıdır. Başıpapaqlı deyəndə-düşünən başları, döyüşən ruhları və vuran qolları nəzərdə tutmuşlar.
Babəkin kəndli dövləti
Xəlifə əl Məmunun ölümündən sonra onun qardaşı Məhəmməd əl Möhtəsim hakimiyyətə gəldi. O, hərbçi idi. Həyatı hərbi düşərgələrdə, döyüş meydanlarında keçdiyi üçün saray dəbdəbələrinə, eyş-işrətə yad ruhda tərbiyə olunmuşdu. İlk gündən dövlətin mülki işlərini vəzirlərin ixtiyarına buraxaraq, hərbi işlərlə şəxsən məşğul olmağa başladı.
* * *
Babək Bağdaddan Azərbaycana gələn bütün yolları bağlayıb, xilafətin taleyini təhlükə altında qoymuş, Azərbaycanda müstəqil kəndli dövləti yaradaraq ,20 ilə yaxın hökmdarlıq etmişdir.
İtaliya, hətta Polşadan böyük olan bu dövlətin 400 min kv. kilometr ərazisi, 200 min döyüşçüdən artıq ordusu vardı.
Babəkin qeyri-adi təşkilatçılıq qabiliyyəti, təbii sərkərdəlik istedadı bu böyüklükdə ölkəni idarə etməyə, ordunu döyüşə hazır vəziyyətdə saxlamağa imkan verirdi.
Azərbaycanda silah istehsalı inkişaf etməmişdi. Bu qədər qoşunu, hücum və müdafiə silahları, süvarilərlə təmin etmək son dərəcə böyük bacarıq tələb edirdi.
Babək təkcə Ərdəbili, Azərbaycanı yox, bütün İran ərazisini işğaldan, kəndliləri yadellilərin zülmündən xilas etmək niyyətində idi. (Görkəmli adamların həyatı, M.Tomara, “Babək”, жurnal-qəzet birliyi, Moskva, 1936, səh.109, 163-164).
Babəkin yaratdığı Azərbaycan kəndli dövləti, indiki dillə desək beynəlxalq qurumlar tərəfindən tanınmışdı. IX əsrdə dünyadakı iki nəhəng imreriyadan (xilafət və Bizans) biri- Bizans-Roma imreriyası onunla müttəfiqlik edirdi.
Türkün türkdən güclü rəqibi yox!
M. Tomaranın yazdığına görə xilafətin taleyi üçün yaranmış bu böyük təhlükə Möhtəsimə rahat nəfəs almağa imkan vermirdi. Ona görə də, birinci nüvbədə xilafətin Babəklə 19 illik mücadiləsinin tarixini, onun qələbələrinin, xilafətin uğursuzluqlarının səbəblərini araşdıraraq qərara gəlir ki, buna səbəb orduda insan resurslarının yarıtmaz olmasıdır. Əvvəl ərəblərdən, daha sonra iranlılardan təşkil olunmuş orduların hər ikisinin döyüş qabiliyyətini yarıtmaz hesab edib qəti qərara gəlmişdi ki, ordunun tərkibi hər cür şəraitə dözümlü, etibarlı, döyüşkən türklərin hesabına dəyişilməlidir. Belə də etdi. Ərəblərdən və iranlılardan təşkil olunmuş ordunun üstündən xətt çəkdi və az vaxt ərzində türklərdən ibarət 70 minlik ordu yaratdı, ona hərb işində təcrübəli və istedadlı döyüşçü Heydər ibn Kaus əl Afşini sərkərdə təyin edib, Azərbaycanı yenidən işğal etməyə göndərdi. Həmin ordu qısa vaxt ərzində Həmədana yaxınlaşdı.
Heç vaxt məğlubiyyətlə üzləşməyən Babək arxayınçılığa yol verdi. Ona elə gəldi ki, əvvəlki illərdə olduğu kimi indi də ordunun döyüşçiləri ərəblərdən və ya iranlılardan ibarətdir.
Arxayınçılıq ehtiyatsızlığa gətirib çıxartdı. O, əvvəlki sınanmış döyüş taktikasına əhəmiyyət verməyərək, Həmədan yaxınlığında geniş və açıq düzəngahda döyüşə başladı. Beləliklə, 20 ilə yaxın qələbəli döyüşlərdən sonra ilk ağır məğlubiyyətin acısını daddı. Bu məğlubiyyət, demək olar ki, onun son böyik döyüşü oldu.Çünki ordusu tamamilə dağıdıldı və yeni böyük döyüşlər üçün qüvvəsi qalmadı.(Görkəmli adamların həyatı, M. Tomara, “Babək”, жurnal-qəzet burliyi, Moskva, 1936, səh. 101, 106, 109)
Xəyanət
Babək dağlara qalxdı, erməni feodalı Aşotun nəvəsi, Sumbatın oğlu Səhlin əkib-becərdiyi torpaqlara gəlib çıxdı.O, mübarizəni davam etdirmək üçün müttəfiqi Rum imreriyasına getmək fikrində idi.
Səhl ibn Sumbat bu xəbəri eşitcək sevindı. Afşini məlumatlandırmaq üçün çapar göndərdı, özü isə Babəki qarşılamağa getdi. O, Babəki ğörcək diz çökdü, alnı torpağa toxunanadək baş əyib təzim etdi, Babəkin əllərindən və ayaqlarından örüb dedi: Mənim ağam! Hara gedirsən? Mənim kimi etibarlı adam tara bilməzsən. Qonağım ol, sonra nə etmək lazım olduğu aydınlaşar. Mən ki, sənin qulunam.
Babək onun səmimiliyinə inanmasa da, mövcud vəziyyəti və şəraiti nəzərə alıb, təklifini qəbul etdi. Afşinlə müntəzəm xəlvəti danışıq aparan Səhl ibn Sumbat xəyanətin izini itirmək üçün Babəki evində yox, kənarda - neytral ərazidə Afşinə təhvil verməyi planlaşdırdı.
Elə də etdi. Babəki ova aparmaq bəhənəsilə dilə tutdu, onu aparacağı yeri Afşinə nişan verdi. Babək ov zamanı birdən-birə 2 minə yaxın xilafət döyüşçüsünün peyda olmasını, Səhl ibn Sumbata toxunmadan onun üzərinə yeriməsini görcək, vəziyyəti anladı, üzünü Sumbatın oğlu Səhlə tutaraq ucadan nifrətlə dedi: Xəyanətkar, satqın! (Əl Kufi, “Fəth kitabı”, VIII hussə, səh. 29.”Elm” nəşiriyyatı, Bakı, 1981, səh. 76.)
Həmin hadisəni tanınmış tədqiqatçı M. Tomara, “ Görkəmli adamların həyatı” seriyasında yazdığı “ Babək “ adlı kitabında (жurnal-qəzet birliyi, Moskva, 1936, səh.149.) “Xəyanət” başlığı altında xüsusi fəsldə daha geniş təsvir etmişdir.
Qətl
Babəkin qətli haqqında ərəb tarixçiləri belə yazırlar: qətl günü cəlladlar onu Möhtəsimin hüzuruna aparanda gözünü qırpmadı, rəngi qaçmadı. Möhtəsimin əmri ilə əli kəsiləndə ondan soruşdular: “Öldürürdün, ölmək asandırmı?!” O, cavab verdi: -azadlıq uğrunda “ölmək nə qədər də asandır!”
Nizam əl Mülk Babəkin qətli haqqında belə deyir: O, Möhtəsimin suallarına cavab vermədi. Möhtəsim onun əllərinin və ayaqlarının kəsilməsini əmr etdi. Babəkin bir əlini kəsəndə, o biri əlini qana batırıb, üzünə sürtdü və üz-gözünü qızartdı.
Möhtəsim onu söydü və dedi:- Nə üçün belə etdin? Cavab verdi:” üzümü ona görə qana buladım ki, bədənimdən qan axıb gedən zaman, üzümün rəngi solacaq, adamlar mənə baxanda elə biləcəklər ki, ölümün qorxusundan rəngim qaçıb. (Nizam əl Mülk, “Siyasətnamə”, SSRİ EA-nın nəşiriyyatı, Moskva-Leninqrad, 1949, səh. 227.)
Bundan sonra Möhtəsim demişdir ki, Babək çox zirək, möhkəm iradəli və müharibə işlərində misilsiz şəxs idi. İnadkar, təhlükəli adam olmasaydı onu əhv edib, xidmətlərindən faydalanmaq olardı.
Babəkin 20 ilə yaxın zəfər dolu həyatı haqqında son dərəcə cüzi və yanlış məlumatlar verən ərəb tarixçiləri Həmədan yaxınlığındakı məğlubiyyətindən onun qətlinədək qısa müddətdəki uğursuzluq və məğlubiyyətləri haqqında fərəhlə cild-cild kitablar yazmışlar. Halbuki deyilənə görə Babək xilafətin işğalçı ordusunu 14 böyük döyüşdə darmadağın edərək abırsızcasına qaçmağa məcbur etmişdi.
Xilafətin - xalqların hamisi
Babəki məğlub edən türklərdən ibarət ordu xilafətdə ozünə məxsus xüsusi mövqe qazandı. X əsrdə qəznəvilər xilafətdə həlledici qüvvəyə çevrilməyə başladılar. Toğrul özünü Sultan, sultanlığı sünniliyin hamisi elan edib xilafəti təriqətlərin yaratdığı təhlükələrdən qorumağı öhdəsinə götürdü. Alp-Arslan və oğlu Məlik şah imperiyanı daha da möhkəmləndirib, genişləndirdi. Daha sonra oğuzlar digər türk tayfalarının köməyi ilə 1281-ci ildə nəhəng və möhtəşəm Osmanlı imreriyasını yaratdılar. Görkəmli ingilis alimi və tədqiqatçısı K.E.Bosfort “Müsəlman sülalələri” kitabında yazir: XVI əsrdə Osmanlı imperiyası öz qüdrətinin zirvəsinə yüksəldi. Onlar həmişə olduğu kimi həmin dövrdə də imperiyanın ərazisində millətlərə-dini və etnik azlıqlara dözümlü və tolerant münasibəti daha da möhkəmləndirdilər. Məhz o zaman xristian Avropasının təqiblərinə məruz qalan yəhudi xalqı imperiya ərazisində etibarlı və təhlükəsiz sığınacaq tardı.( SSRİ EA nəşriyyatı, Moskva,1969,səh.188) Osmanlı imreriyası 1924-ci ilədək-642 il xilafəti idarə etdi, bütövlükdə islam dinini yadellilərin təcavüzündən qorudu, nəzarətində olan ölkələrin xalqlarının dini-əqidə azadlığına rəvac verib himayəsi altına aldı və xilafəti dünyada yenilməz qüvvəyə çevirdi.
Anam mənim, Azərbaycan!
Babək hərəkatı elə möhtəşəm və əzəmətli idi ki, bu günə kimi xatirələrdən silinməmişdir.
Onun taleyi və tarixi xalqımızın taleyi və tarixidir.
İndinin özündə belə Babək və babəkidlərə hörmət, məhəbbətlə yanaşı, nifrət və ədavət də yaşayır.
Lakin heç bir qüvvə Babəkə Azərbaycanda ümumxalq sevgisini azalda bilməmişdir.
Bu gün azərbaycanlılar azadlıq, bütövlik, bərabərlik uğrunda mücadilə andı içmək üçün Bəzz (Babək) qalasiına gedirlər. Onlar orada arzularının təcəssümü olan ulu Babəkin müğəddəs ruhunu ziyarət edir, ondan güc və qüvvət alırlar.
Bəzz qalasi elə uca zirvədir ki, oradan bütöv Azərbaycanı görmək mümkündür.
Savalan elə yüksək zirvədir ki,oradakı insan ayağı, quş dimdiyi toxunmayan, müqəddəs, ağappaq, tər-təmiz əbədi qar yatağı keçmişimizə, tariximizə, Babəkin bütöv, müstəqil, azad Azərbaycan uğrunda şərəfli mübarizəsinə şahidlik edir.
Azərbaycan xalqı tarix boyu bu amal uğrunda vuruşmuş, əsarətdən, parçalanmaqdan xilas olmaq üçün ən igid övladlarını qurban vermiş., 40 il kölə olmaqdansa bir gün azad yaşamaq ideyası uğrunda qeyri-bərabər qüvvələrlə çarpışmışdır.
Fərəhli və kədərli taledir!
Bu kədərdən, qəm-qüssədən xilas olub Babəkin cəngavər ruhuna qovuşmaq üçün ömür-gün sirdaşım Gülüş xanımın sözün həqiqi mənasında səmimi, ana-bala söhbətini xatırladan “Azərbaycan” şerinin titrək misralarından təsəlli tapıram.
Dinlə məni, Ana Vətən,
Laylay deyim dərdlərinə.
Zaman-zaman sızıldayan,
Heç bitməyən sitəminə.
Canın gedir, malın gedir,
Axan qanın durmur sənin.
Kəsilib hər yanın gedir,
Param-rarçadır bədənin.
Acı-acı gülən anam,
Gözlərində yaş görürəm,
Kim baş qoydu, kimdi qalan,
Ruhunu çaş-baş görürəm.
Nədən möhnət səni əzsin,
Sən ki odsan,zər-azərsən.
Satan bilsin,alan bilsin,
Bogazlarda yanacaqsan!
Yerə-göyə sıgışmayan,
Kədərinə canım qurban.
Küllər altda qoru yanan,
Odlar yurdum Azərbaycan!
Anam mənim,Azərbaycan!
Postskriptum
Babək və babəkidlər tarixdə heç bir şəxsiyyət və hərəkatla müqayisəyə gəlmirlər. Qullar hərəkatının rəhbəri Spartak, Roma imreriyasından qaçıb köləlikdən, Tomas Muyuntserin başçılığı ilə Almaniyadakı kəndli hərəkatı təhkimçilikdən azad olmaq uğrunda mübarizə aparirdı. Rusiyada Stepan Razin və Yemelyan Puqaçovun başçılıq etdiyi kazak hərəkatının mahiyyətində quldurluq və qarətçilik dururdu. Onların mücadiləsi çox qisa tarixi müddəti və kiçik coğrafi ərazini əhatə etmişdir.
Babəkin sərkərdəlik istedadı,yenilməz iradəsi ,igidlik və şücaəti karfagenli Hannibalı xatırladır.
***
Tarixdə Babəkin məğlub edilməsi üçün verilən ənam heç bir igidin, sərkərdənin, hətta hökmdarın məğlub edilməsi üçün verilən mükafat qədər olmamışdır.
Əcəm əl Kufinin yazdığına görə Möhtəsim Babəkin tutulmasına bais olan Aşotun nəvəsi Səhlə bir milyon dirhəm, qiymətli daş-qaşla bəzədilmiş kəmər, oğluna 100 min dirhəm vermişdir.
Afşinə isə hədiyyələrdən əlavə ata mindiyi hər gün üçün 10 min, minmədiyi gün üçün 5 min dirhəm mükafat vermiş, başını tacla bəzəmiş, şahanə geyindirib-keçindirmiş, üstünə küllü miqdarda birilliant səпmişdir.
Afşin Babəklə iki il, beş ay və bir neçə gün döyüşmüşdür. (Fəth kitabı, “Elm”, Bakı, 1981, səh.77.)
***
Babək ömrünün tən yarısını-21 ilini (816-837) Vətəninin işğaldan təmizlənməsi, xalqının azadlığı, insanların bərabərliyi uğrunda mübarizəyə həsr etmişdir. Babək Azərbaycan xalqının milli azadlıq mübarizəsinin ilk bayraqdarı, müstəqil, bütöv Azərbaycan dövlətinin ilk lideri və şəhididir.
Onun şəxsiyyəti Savalan qədər əzəmətli və uca, qəlbi ana Kür kimi mehriban və çılğın, arzuları bütöv və müstəqil Azərbaycan boyda geniş və müqəddəs idi.

Hüseynağa Ərəb oğlu Qəniyev 1941-ci ildə Lənkəranda anadan olmuşdur.
O, Azərbaycan Dövlət Universitetini, Bakı Ali Partiya məktəbini, ABŞ Resrublikaçılar Partiyasının Seçki Akademiyasını bitirmişdir.
Azərbaycan KP MK-nin Lənkəranda çıxan rayonlararası qazetində xüsusi müxbir, şöbə müdiri, Lənkəran Şəhər Partiya Komitəsində təlimatçı, şöbə müdrinin müavini, şöbə müdri, ikinci katib, Azərbaycan KP MK-da təlimatçı, inspektor, Masallı Rayon Partiya Komitəsində birinci katib, Azərbaycan Resrubliksı Prezidentinin Ali Nəzarət İnsreksiyasında Lənkəran bölgəsi üzrə baş inspektor, ANS teleradio şirkətlər birliyində baş redaktorun müavini vəzifələrində işləmişdir.
1990-cı ildə Resrublika Ali Sovetinin derutatı, 1992-cı ildə Milli Məclisin üzvü, 1995-ci ildə Müstəqil Azərbaycan Resrublikasının ilk Konstitusıyasını hazırlayan Dövlət komissiyasının üzvü seçilmişdir. O, Azərbaycan Resrublikasının Dövlət Müstəqilliyinə, bayrağına, gerbinə və himninə səs vermişdir.
1964-cü ildə SSRİ jurnalistlər, 1980-ci ildə Yazıçılar İttifaqına qəbul olunmuşdur. 7 bədii, publisistik, elmi kitabın müəllifidir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş