
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı dünyanın artıq Rusiyaya dözməyəcəyini deyəcək.
Bu sözləri Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Rusiyanı beynəlxalq normalara riayət etməyə çağıracaq və Kremlin addımlarına göz yumulmayacağını bəyan edəcək.
Kravçuk əlavə edib ki, Rusiyada bir neçə arqumentlər var ki, onlardan ABŞ-a qarşı istifadə edə bilər, lakin Bayden güman ki, bunlara reaksiya verməyəcək:
“Beynəlxalq normaların pozulması halında Vaşinqton sərt sanksiyaların olacağını söz verəcək. Putin hələ də Şimal Axını-2 kimi məsələlərdən dolayı ABŞ-a təzyiq etmək üçün Ukrayna sərhədində öz ordusunu saxlayacaq”.
Conflict.az
